SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FAİQ HƏSƏNOV "Təşkilatçının fərsizliyimi,savadsızlığımı,ozbaşınalığımı..."

Sivasda başa çatmış Beynəlxalq şahmat turnirindən sonra Azərbaycanın adı hallandığı qalmaqal ətrafında müzakirələr davam edir. 

Xatırladaq ki ,avqustun 19-dan 24-dək Türkiyənin Sivas şəhərində keçirilən "Sivas Buruciye Open" beynəlxalq şahmat turnirinin öncəsində qalmaqal yaranmışdı. Erməni qadın şahmatçı Mariya Qevorkyan avqustun 7-də Sivas turnirinə rəsmi dəvət almışdır, lakin avqustun 8-də təşkilatçılar o dəvət ləğv edib. Səbəb kimi isə turnirdə iştirak edən azərbaycanlı şahmatçıların onalar ultimatum irəli sürdüyünü bildirib. Ultimatumda da Qevorkyanın turnirdə iştirak edəcəyi təqdirdə komanda olaraq turnirə qatılmayacaqlarını bildirmələi olub. Artıq məsələ ilə bağlı FİDE araşdırmalara başlayıb. BBC Azərbaycan xidmətinə danışan AŞF-nın vitse-prezidenti Faiq Həsənov qalmaqalı belə şərh edib :"Azərbaycan Şahmat Federasiyası erməni şahmatçı Mariya Qevorkyanın Türkiyədə keçirilən beynəlxalq turnirdə iştirakına etiraz etməyib.Əgər hansısa azərbaycanlı idmançı Gevorkyanın iştirakına etiraz etmişdisə belə , turnirin təşkilatçısı oyunçunu uzalqaşdırmaq qərarını özü verməməli idi. Erməni şahmatçı Mariya Qevorkyanın oyunda iştirakını azərbaycanlıların etirazına görə etməməsini təşkilatçının fərsizliyimi,savadsızlığımı,ozbaşınalığımı adlandıraq ki, doğru olsun. Azərbayca şahmatçıları indiyə qədər neçə-neçə beynəlxalq yarışlarda ,hətta qrossmeyster səviyyəsində erməni şahmatçıları ilə üz-üzq gəliblər. Heç vaxt da "oynamıram" deməyiblər. İdmanı siyasətə qatmaq olmaz. AŞF-ı da bu prinsipləri həmişə üstün tutub".

Azərbaycanlı qrossmeyster Qədir Hüseynov da məslə ilə bağlı öz fikirini bildirib. Qədir bunu erməni şahmatçının Feysbuk profilində şərhlər bölümündə edib. "Üç saata yaxındır ki , bu məsləni araşdırıram. İştirakçılarla ,təşkilatçılarla və hətta öz federasiyamızla danışmışam. İndi baş vermiş olay barədə tam məlumatlıyam. Baş verənlər hamısı təşkilatçıların təxribatıdır və məsuliyyət də onların üzərinə düşür. Azərbaycan Şahmat Federasiyası Turkiyə Şahmat Federasiyası ilə əlaqə saxlayıb və təşkilatçılardan öz şikayətini bildiriblər. Türklər məsləni aydınlaşdırmağa söz veriblər. Bildiyim qədəri ilə Federasiya prezidenti Gülkız Tulay Sivasa yollanıb. Azərbaycanlıların imzaladığı heç bir petisiya olmayıb. Yalnız 1709 reytinqi olan bir şahmatçının meili olub. Meil də sənəd deyil və heçnə demək deyil. Əgər təşkilatçılar hər oyunçunun ağlına gələn sözünə belə reaksiya versə bu onlar üçün böyük ayıbdır. Aydın görünür ki ,onlar boyunlarına götürdükləri maliyyə şərtlərini yerinə yetirmək istəməiblər (təyyarə bileti,otel xərci) və belə bir üsula əl atıblar" 

Xatırladaq ki , FİDE turnir təşkilatçılarından Azərbaycan şahmatçılarının ultimatumu bildirən rəsmi və ya qeyri rəsmi sənədi tələb edib. Lakin təşkilatçılar belə bir sənədi FİDE-yə təqdim edə bilməybilər. Bu da ,belə bir sənədin ümumiyyətlə olmamasının sübutudur. Aydın görünür ki , təşkilatçılar erməni şahmatçını "azdırmaq" üçün ,Azərbaycanın adından istifadə edbilər və özlərini çox pis duruma düşürüşblər. 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss