SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

WORLD CUP 2019. BUKMEKERLƏR NƏ DEYİR ?

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun rəsmi açılış mərasimi keçiriləcək.

Chess.az xəbər verir ki ,128 şahmatçının qatılacağı bu mötəbər yarışın birinci mərhələsinə sabah start veriləcək. Bu gün isə Rusiyanın şahmat paytaxtı sayılan Xantı-Mansiyskəd rəsmi açılış mərasimi keçiriləcək. Qeyd edək ki , Dünya kubokunda ölkəmizi beş şahmatçı təmsil edəcək. Bunlar Şəhriyar Məmmədyarov ,Teymur Rəcəbov ,Arkadiy Naydiç ,Eltac Səfərli və Nicat Abbasovdur. Dünya kubokunun ümumi mükafat fondu 1.6 miyon dollar təşkil edəcək. Bu pul bütün iştirakçılar arasında göstərdikləri nəticələrə uyğun olaraq bölünəcək. Məsələn Dünya kubokunun qalibi 110 000 dollar ,ilkin mərhələdə mübarizəni dayandıran şahmatçılar isə hərəsi 6 000 dollar mükafat alacaqlar. 

Artıq təmsilçilərimizin 1/64 final mərhələsində qarşılaşacaqları rəqiblər də məlumdur:

1/64

7.GM.ŞƏHRİYAR MƏMMƏDYAROV -İM. ANTENAİNA RAKOTOMAHARO (MADAQASAKAR)

10.GM.TEYMUR RƏCƏBOV - GM.XELQİ DAM ZİSKA (FARER ADALARI)

26.GM.SEM ŞENKLAND (ABŞ) - GM.ELTAC SƏFƏRLİ 

45.GM.ARKADİY NAYDİÇ-GM.NİKLAS HAŞENBET (ALMANİYA)

57.GM.KAÇPER PİRUN (POLŞA)- GM.NİCAT ABBASOV


Format : Dünya kubokun həmişəki kimi nokaut sistemi üzrə keçiriləcək. Əvvəlcə iki klassik kontrollu partiya oynanılır. Bu partiyalarda tərəflərdən biri qalib gələ bilməzsə ,əvvəlcə iki partiya rapid (25 dəq+10 s.). Daha sonra dörd blitz partiyaları oynanılacaq. Onlardan ikisi 10 dəq+10 san ,ikisi isə 5dəq + 3 san. Bunlardan sonra da qalib müəyyənləşməsə o zaman şahmatçılar "Armaqedon" oynayacaq. Sonda finala qədər irəliləyən iki şahmatçı isə 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə qatılmaq hüququnu qazanacaqlar. 


Kompyüter Maksimi çempion etdi. Bəs bukmekerlər nə deyir ?


İlk mərhələdəki cütlüklər məlum olduqdan sonra , şahmat mütəxəssisləri kubokda kimin qalib gələcəyi haqda fikirlər səsləndirirlər. Müasir kompyüter proqramlarından biri ,oyunçuların oyun stili ,aralarındakı oyunları və son performansları nəzərə almaqla Dünya kubokunu qalibini müəyyənləşdirib. Belə ki ,kompüterin fikirincə finalda rusiyalı Sergey Karykinlə fransız Maksim Vaşye-Laqraf qarşılaşacaqlar və çempion adını fransız şahmatçıya qismət olacaq. Kompyüterin hesablamasına görə bizim şahmatçılardan heç biri 1/4 finala qədər irəliləyə bilməz. 

Bukmekerlər isə fərqli düşünür. Dünyanın ən məşhur bukmeker kontorlarında qələbəyə əsas namizədlər kimi çinli Dinq Liren ,həmyerlimiz Şəhriyar Məmmədyarov və fransalı Maksim Vaşye Laqraf göstərilir. 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss