SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Zeynəb və Türkan "Gaprindashvili Cup"-da

Gürcüstanın paytaxtı Tiflisdə ənənəvi "Nona Gaprindashvili Cup" şahmat festivalı start götürüb. 

Chess.az xəbər verir ki, Tiflisdə keçirilən ənənəvi yarış üç qrup üzrə keçirilir. Azərbaycan bu yarışda iki şahmatçı ilə təmsil olunur. Bunlar yarışın əsas qrupunda yer alan Zeynəb və Türkan Məmmədyarovalar bacıları. Keçirilən ilk iki turdan sonra hər iki şahmatçımızın aktivlərində bir xalları var və onlar 27-35-ci yerləri bölüşürlər. Turnirin "A" qrupnda ümumilikdə 9 ölkədən 48 şahmatçı mübarizə aparır. Bu gün yarışın 3-cü turun oyunları keçirilir. 

Xatırladaq ki  , Nona Qaprindaşvili  Dünya qadın şahmatının ən parlaq ulduzlarından biri sayılır. Qaprindaşvili 1962-1978-ci illər ərzində planetin ən gücül şahmatçısı olmaqla bərabər , kişilərə verilən qrossmeyster adının qazanmış ilk qadın şahmatçı oldu. Hazırda Nona Qaprindaşvilinin 78 yaşı var və o Tiflisdə yaşayır .  

NƏTİCƏLƏR (CANLI PARTİYALAR)

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss