SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dvorkoviçin xatirəsinə həsr olunmuş turnir başa çatdı

Qazaxıstanın Aktobe şəhərində FİDE prezidenti Arkadiy Dvorkoviçin atası ,Vladimir Dvorkoviçin xatirəsinə həsr olunmuş komanda şahmat turniri başa çatdı.

Chess.az xəbər verir ki , sentyabrın 21-də start götürən və sentybarın 25-də sona çatan yarışda ,17 yaşadək şahmatçılardan ibarət 10 yığma komanda iştirak edirdi (2 oğlan-2qız). "Dvorkovich Cup"-da ev sahibi Qazaxıstan ,Rusiya ,Çin ,İran ,Belarus ,Hindistan ,Əlcazair Ermənistan  və Kanada yığmaları ilə yanaşı Azərbaycan komandası da iştirak edir. Komandamızın tərkibi gənc şahmatçılarımız Fərid Mustafayev ,Fərid Məlikov ,Mələk İsmayıl və Səbinə Rzalıdan ibarət idi. Turnirə Ermənistan yığması üzərində 3:1 lik qələbə ilə başalayan yığmamaız ,sonda yalnız 6-cı yerlə kifayətlənməli oldu. Turnirin qalibi isə Belarus yığma komandası oldu. Çin ikinci ,Rusiya isə üçüncü pillənin sahibi oldu. 

Vladimir Dvorkoviç Beynəlxalq dərəcəli hakim və Rusiya hakimlər kolleqiyasının sədri olub. Vladimir Yakovleviç Dvorkoviç hazırki FİDE-prezidenti Arkadiy Dvorkoviçin atasıdır. Turnirin Aktobe şəhərində keçirilməsi də təsadüfi deyil.  Vladimir Dvorkoviç 1960-cı ildə Universiteti bitirdikdən sonra məhz Aktobe şəhərinə iş  təyinatı alır və orada bir müddət çalışıb. 

 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunurскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss