SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Teymur Rəcəbov : "Uşaq vaxtlarımda oynadığım kimi oynadım"


Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunun yarmfinalına vəsiqə qazanan həmyerlimiz Teymur Rəcəbov turnirdəki çıxışı barədə fikirlərini bölüşüb.

Chess.az xəbər verir ki ,1/4 final mərhələsində qazanılan möhtəşəm qələbədən sonra ,turnirin rəsmi internet səhifəsinə müsahibə verən Teymur Rəcəbovun ,oyun və ümumiyyətlə turnir barədə bəzi maraqlı fikirlərini bölüşüb. Müsahibənin bəzi maraqlı məqamları sizlərə təqdim edirik :"Rəqibimi debütdə təcübləndirə bildim. Fikrimcə Cefri taxta üzərində yaranmış vəziyyətə hazır deyilidi. İş orasındadır ki ,mən "Gryunfilddə" çox variantlar oynamışam.Ümumiyyətlə bu debütdə partiyalar hədən artıq çoxdur və bu debütə hazırlaşmaq çox çətin olur" 


Bakı şahmat məkətbi öyrətdiyi kimi !


"Dəqiq yadımdadırsa ,burada 15....Rd8 ideyası ilə 14....Bg4 oynamaq lazım idi ,nəyə ağlar 15.Qe1 cavabını verir. Düzdür oyun vaxtı düşündüm ki ,niyə də qaralar sadə gediş olan 15...Bxe2 16.Qxe2 Bxd4 17cxd4 c 5 davamını seçməsin. Ağların belə də böyük üstünlüyü olmur bu gedişdən sonra. 14....Rd8 ? 15.f5 Bxd4+ 16.cxd4 c5 dən sonra isə hiss etdim ki ,mənim üstünlüyüm var. Ən azından ona görə ki ,Bakı şahmat məktəbinin öyrətdiyi kimi : qaraxanalı fil şahı qorumur. Ağlar piyadasını f6 yə qədər aparır və Qh6 b Qg7 təhlükəsini yaradırlar. Mən məhz belə də oynadım. Uşaq vaxtlarımda oynadığım kimi. Mat qoymaq məqsədi ilə."


Cefrinin bu gedişinə çox təcübləndim !


"Boynuma alıram ki ,Cefrinin 17....Nc4! gedişinə çox təcüblənmişdim. Bu gediş mənim ağlıma belə gəlməmişdi. Bir anlıq özümü itirdim ,hücümu necə davam etdirim bilmədim" 

18.Qd3 Ne5 19Qa3


O isə ,təcüblü olsa da əksini düşünürdü.


"19-ci gedişdən sonra gedişləri təkrarlamaqla heç-heçə edə bilərdim. Oyunu tay-brekə daşımağı düşündüm. İstənilən halda ya udursan ya uduzursan. Amma düşündüm ki ,niyə də bu gün olmasın? Özü də belə bir gənc şahmatçı ilə tay-brek oynamaq elə də asan deyil. Demirəm qocalmişam ,sadəcə Ksionq 18 yaşlı motivasiya dolu bir qrossmeysterdi. Bir sözlə qərara gəldim ki ,bu vəziyyəti oynayım. Oyun ərzində hiss edirdim ki ,üstünəm. Oyundan sonra isə ,mənim üçün təcüblü olsa da ,Ksionq da oyun ərzində üstün olduğunu düşündüyünü dedi". 


"Ümumiyyətlə partiya çox ağır alındı. Bəlkə də son zamanlar oynadığım ən ağır oyun idi. Məhz buna görə belə bir partiyada qələbə qanamaq xüsusi zövq verir. Düşünürəm ki ,sonuncu səhv edən Cefri oldu..."

Qeyd edək ki ,Teymurun yarımfinaldakı rəqibi ,bu gün keçirilən Levon Aronyan-Maksim Vaşye-Laqraf duelinin tay-brek mərhələsindən sonra məlum olacaq.

"Sabahki tay-breki izləyəcəm?(söhbət dünən olub). Məncə hə. Ona görə yox ki ,rəqibimin oyunun görüm. Ümumiyyətlə ,biz şahmatçılar turnirlərdə bir bir birimizin partiyalarını izləməyi çox sevirik. İstənilən halda Dünya kubokunun yarımfinalına qədər irəlilədiyimə görə sevinirəm. Sonuncu dəfə mən yarımfinala uzaq 2004-cü ildə çıxmışdım. O vaxt hələ Dünya kuboku ,Dünya Çempionatı adlanırdı. 2011-ci ildə isə Xantı-Mansiyskdə 1\4 final mərhələsinə qədər irəliləmişdim və orada İvançuka məğlub oldum.Çox maraqlı partiyalar idi. Ümumiyyətlə Xantı-Mansiyskdə keçirdiyim partiyaların çoxu maraqlı keçir ,özüm də bilmirəm niyə"


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.





скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss