SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar Məmmədyarov: "Tima ! Birlikdə biz güclüyük!"

Bu gün Fransalı şahmatçı Maksim Vaşye-Laqrafa qalib gələrək Dünya Kubokunun finalına və 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə birbaşa qatılmaq hüququnu qazanan Teymur Rəcəbova Azərbaycan xalqı və yaxın dostlarından təbriklər axını davam edir .

Chess.az xəbər verir ki ,bugünkü parlaq qələbədən sonra ,sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilən Rəcəbovun uğuru xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Rəcəbov sadə şahmatsevərlərdən başqa ,şahmatçı  dostlarından da xeyli dəstək mesajlarını aldı. Onlardan biri Dünya Kubokunun ¼ finalında Teymurun elə özünə məğlub olaraq yarışı tərk edən Azərbaycanın ən güclü şahmatçısı ,Rəcəbovun yığma komandadakı yoldaşı və yaxın dostu olan Şəhriyar Məmmədyarovdur: “Bu ilin əvvəli Azərbaycan şahmatı üçün çox ağır keçdi. Amma düşünürəm ki ,yayın çıxmağı ilə ,hər şey düzəldi. Timanını finalda necə oynayacağından asılı olmayaraq artıq bunu qələbə saymaq olar. Ümid edirəm ki ,növbəti turnirimizdə ,Batumidə Avropa Çempionu olarıq. Birlikdə biz güclüyük ! Timaya Dünya kubokunda məğlub olandan sonra ,onu bərk qucaqlayıb taxta arxasında dedim ki ,ardı gəlsin və finala gədər getsin. Qalib gələn Azərbaycan şahmatıdır ,bu nəticəyə sevinməyənlər isə ,şəxsən mənim fikirimcə düşmənlərdi ! Bravo Tima ! Birlikdə biz güclüyük! “ 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss