SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şahhmatçılarımız final matçından nə gözləyir? (PROQNOZ)

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunun final matçı öncəi, Chess.az saytı olaraq bəzi qrossmeysterlərimizdən Teymur Rəcəbovun şansları və ümumiyyətlə final  matçı ilə bağlı fikirlərinin öyrəndik. 


GM.Rauf Məmmədov :"Teymur artıq əsas məsələni həll edib. Finala düşməklə İddiaçılar turnirinə vəsiqəni təmin etdi. Və artıq onun üçün İddiaçılar turnirinə hazırlıq başlayıb. Bu oyun çox önəmlidir. Çünki onun rəqibi gələn il keçiriləcək İddiaçılar turnirinin əsas favoritlərindən biri sayılır. Maraqlı döyüş olacaq.Hər iksi finala qədər möhtəşəm oyun göstəriblər. Şahmatçımıza uğurlar arzu edirəm" 


GM.Qədir Hüseynov : "Məncə şanslar 50\50-dir. Hər iki oyunçu çox nadir hallarda məğlub olurlar. Yəqin ki ,hesab 2:2 olacaq ,uzaq başı kimsə 2.5:1.5 hesablı qələbə qazanacaq. Teymur əsas məsələni yerinə yetirdi. Namizədlər turnmirinə vəsiqəni təmin etdi. İndi o daha rahat olacaq" 



WGM.Zeynəb Məmmədyarova:"Bir azərbaycanlı kimi bu oyunlara çox böyük həvəslə baxacam.Final dörd oyundan ibarətdir və bu dörd oyun əslində çox uzun bir yoldur. Hər bir oyun biz düşündüyümüzdən də qat-qat aqresiv və gərgin keçir. Gərginlik olan yerdə təbii ki ,səhvlər də olur. Yalnız psixoloji dözümlüyü yüksək olan və səbrli şahmatçılar sonda qalib gəlir Dünya kuboku çox ağır və şərəfli bir yarışdır. Teymur uzun müddətdir ki ,şahmatdan dincəlirdi. Məhz bu amil Teymur üçün müsbət amillərdən biri kimi rol oynaya bilər. Həmçini Teymur çox təmkinli şahmatçıdır.Dinq Liren də finala layiq oyunçudur.Sanki bir dəmir qapı kimidir Teymurun qarşısında. 

Mən Teymura inanıram ! Qardaşıma qalib gələn şahmatçı ,bu yarışı da udmalıdır (gülür) .Dünya reyutinqinin TOP-10-da iki şahmatçı ilə təmsil olunuruq biz. Bu isə ,hər bir azərbaycanlının qürur yeri olmalıdır. Biz intelektimizlə fəxr etməliyik! " 

GM.Nicat Məmmədov :"Finalda azərbaycanlı şahmatçının mübarizə aparması hamımımz üçün gözəl xəbər oldu. Teymur son vaxtlar yaxşı nəticələr göstərir və mən düşünürəm ki ,şanslar 50\50-dir. İddiaçılar turnirinə vəsiqə qazanması da məncə ona əlavə ruh yüksəkliyi verəcək. Teymura uğurlar arzu edirəm. Ümid edirəm Kuboku Azərbaycana gətirəcək" 




GM.Cahangir Ağarəhimov :"Fikirlərimi bir cümlə ilə ifadə edərdim. Azarkeşlik edirik ,inanırıq ,gözləyirik ! " 





GM.Rəsul İbrahimov :"Şahmatçıların şanslarını qiymətləndimək üçün onları Dünya Kubokunda keçdikləri yola və aralarındakı oyunların statistikasına diqqət yetirmək lazımdır. Bildiyimə görə Teymurla Dinq elə də çox oynamayıblar. Amma oynadıqları oyunlarda minimal üstünlük Çin şahmatçısındadır.Amm onu deyə bilərik ki ,hər iki oyunçu Dünya kubokunda ən yaxşı oyun göstərən oyunçulardır. Məhz buna görə də hər iki finala layiqdir.Hər ikisi turnirdə bir dəfə də olsa məğlub olmayıblar. İstər klasikada ,istər rapiddə ,istərsə də blitz oyunlarında. Mənə elə gəlir ki ,ümumi götürəndə Dinq Liren Teymurdən daha üstündür.Teymurun üstünlüyü isə ondan ibarətdir ki o çox stabil oyunçudur. Fikrimcə Teymur cütün taleyini əsas (klasikada) partiyalarda həll etmək strateqiyasını seçərsə daha yaxşı olar. Çünki Dinqlə tay-brek oynamaq daha çətin olar. Necə ki ,o bunu Xionq və Vaşye-Laqrafla edib.

Təbii ki ,Teymur Rəcəbova azarkeşlik edirik və onun qələbəsini arzu edirik. Amma ümumi rela vəziyyəti götürəndə şansları 55\45-ə Dinq Lirenin xeyrinə qiymətləndirərdim."


GM.Azər Mirzəyev :"Fikrimcə ilk dörd oyun heç-heçə bitəcək.20 gündür oynayırlar. Hər ikisi çox yorulub. Dinq Liren favorit sayılır. Amma Rəcəbov əla formada olduğundan onun da şanslarını çox yüksək qiymətləndirirəm.Dinq öz həmyerlisini finala buraxıb ,İddiaçılar turnirinə yolunu aça bilərdi. Amma bunu etmədi. Bu Dinqin Kubok qazanması üçün çox iddialı olmasından xəbər verir. Bizi çox maraqlı matç gözləyir" 


GM.Namiq Quliyev :"Düşünürəm ki ,çox şey ilk oyundan asılıdır. İlk oyun kəşfiyyat xarakterli olacaq. Proqnoz vermək çox çətindir. Şahmatçıların bu oyuna seçəcəkləri strateqiyadan çox şey asılıdır. Məncə əsas oyunlar heç-heçə bitəcək və Kubokun sahibi tay-brekdə müəyyənləşəcək" 





© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.





скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss