SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şahmatçılarımız Dünya Kubokunda 167 000 dollar qazandılar !

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmatçımız Teymur Rəcəbovun qələbəsi ilə nəticələnən Dünya kuboku ona həm də yaxşı pul qazandırıb. 

Chess.az xəbər verir ki ,Dünya kubokunun tay-brekində həmyerlimiz Teymur Rəcəbov çinli Dinq Lireni fantastik mübarizənin sonunda 6:4 üstələyərək ,adını Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazdırdı. Bu böyük qələbə Teymurun  şəxsi büdcəsini də xeyli zənqinləşdirdi. Turniri qalibi kimi ,Rəcəbov 110 000 ABŞ dolları məbləğində mükafat qazanıb. İkinci yerin sahibi Dinq Liren isə Teymurdan 30 000 dollar az ,yani 80 000 dollar mükafat aldı.

Dünya Kubokunda çıxış etmiş digər Azərbaycan şahmatçılarının qazancı isə belə oldu : Şəhriyar Məmmədyarov 25 000 dollar ,Eltac Səfərli 16 000 dollar ,Nicat Abbasov 10 000 dollar ,Arkadiy Naydiç 6 000 dollar.

Qeyd edək ki ,Dünya Kubokunun ümumi mükafat fondu 1 600 000 ABŞ dolları təşkil edirdi.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss