SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Yığmamızın heyəti məlum oldu ! (Avro 2019)

Oktyabrın 23-də Gürcüstanın Batumi şəhərində keçiriləcək kişilər və qadınlar arasında komanda Avropa Çempionatlarında iştirak edəcək yığmaların heyətləri məlum oldu. 

Chess.az xəbər verir ki ,ölkəmiz qitə birinciliyində həm kişilərin həm də qadınların yarışında təmsil olunacaq. Mart ayında Qazaxıstanın paytaxtı Astana (indiki Nur-Sultan) şəhərində keçirilən Dünya Çempionatından fərqli olaraq ,kişilərdən ibarət yığma komandamız qitə birinciliyinə əsas heyyətlə yollanır. Eltac Səfərlinin kapitan olduğu komandamızın heyəti belədir :1.Şəhriyar Məmmədyarov 2.Teymur Rəcəbov  3.Arkadiy Naydiç  4.Rauf Məmmədov  5.Qədir Hüseynov. 

Xatırladaq ki ,yığmamız hazırkı Avropa çempionudur. Ümumilikdə isə ,Millimiz 3 dəfə Avropa Çempionu ,1 dəfə isə Avropa Çempionatının gümüş ,1 dəfə də bürünc medalların sahibi olub. Batumidə keçiriləcək Avropa Çempionatının əsas favoritlərindən biri də məhz Milli komandamız hesab olunur. Komandamız orta reytinqə görə yalnız Rusiya yığmasından geri qalır.

Qadınlarda ibarət yığma komandamızı kişilər kimi əsas favorit sasyılmasalar da ,hər halda qitə birinciliyinə gənc və güclü heyət toplaya bildi. Fikrət Sideifzadənin rəhbərliyi altında çıxış edəcək yığmamızın heyəti belədir : 1.Günay Məmmədzadə 2.Xanım Balacayeva 3.Gülnar Məmmədova 4.Ülviyyə Fətəliyeva 5.Türkan Məmmədyarova. Qadınlardan ibarət yığma komandamız yarışın reytinq favoritlərin sıralamasında 5-ci pillədə qərarlaşıb  Bu isə ,o demıkdir k , yığma komandamızdan uğur gözləməyə dəyər. 

Chess.az saytı olaraq Avropa Çempionatının gedişatının maksimum dərəcədə operativ və dolğun sizlərə çatdıracayıq.

BÜTÜN HEYƏTLƏR 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss