Azərbaycan şahmat tarixinin ən güclü qrossmeysteri Şəhriyar Məmmədyarov ,bu gün Hindistanın Mumbai şəhərində 14 yaşlı şahmatçılar arasında Dünya Çempionu adını qazanan Aydın Süleymanlı haqqında sosial şəbəkələrdə paylaşım edib.
Chess.az xəbər verir ki ,gənc həmyerlisinin qələbəsinə sevinən Məmmədyarov , fikirlərini belə ifadə etdi :"Aydın əsl ağsaqqal şahmatı göstərərək bütün rəqiblərindən üstün oldu ). Oyunları izləyirdim və çox sevinirəm ki ,belə rahatlıqla qalib olmağı bacardı ,özü də harda ? Hindistanda! Təbrik edirəm !"