SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şabranda şahmat məktəbi niyə bağlıdır?

Şabran şəhərində fəaliyyət göstərən şahmat məktəbinin qapıları üç ildir ki ,tələbələrin üzünə bağlı qalıb.

Chess.az xəbər verir ki ,bu barədə bizə məlumatı Şabran Şahmat Məktəbinin müəllimi Ramil Səfərəliyev verib: "Şabran şahmat məktəbi 1986-cı ildə tikilib. Bu məktəb ,zona və respublika çempionatlarının qaliblərini yetişdirib. Bizi 2016-cı ilin aprel ayında təmir adı ilə məktəbdən çıxarıblar. Bizə bildirmişdirlər ki , təmir üç ay çəkəcək amma görünür ki ,aldadıblar.  O vaxtdan biz orta məktəblərdə çətinliklərlə ,minnətlə dərs keçməli oluruq. Məktəbimiz isə bağlı qalıb. Maraqlısı odur ki ,üç ildən artıq vaxtln keçməsinə baxamayaraq binada hələdə heç bir təmir başlamayıb. Bizi oradan niyə çıxarıblar anlamıram. Şəhriyarın ,Teymurun Nicatın ,Vüqarın ,Raufun ,Eltacın yaşadığı ölkədə belə haqsızlıqla qarşılaşmaqdan utanıram"

Məsələ ilə bağlı biz əvvəl Şabran rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi ilə əlaqə saxladıq. Oradan bizə məsələdən xəbərdar olduqlarını  və Rayon Təhsil İdarəsi  ilə əlaqə saxlamağı məsləhət görüblər. Oradan isə bizə idarənin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin direktoru Zeynal Zeynalovnan əlaqə saxlamağı məsləhət görüblər. Zeynal Zeynalov məktəbin üç ildir ki, təmirə bağlandığını və orada hələ ki ,heç bir təmir işlərin aparılmaması faktını təsdiqləyərək ,yaxın zamanlarda məsələnin həllinin tapacağını bildirdi. "Bəli ,rayondakı şahmat məktəbi üç ildir ki təmirə bağlanıb.  Təmir işləri isə hələ ki , başlamayıb. Biz bu yaxınlarda Yaponiya səfirliyinin nümayəndələri ilə görüş keçirtdik. Onlar gəldilər ,yerindəcə məktəbə baxış keçiriblər. 2020-ci ilin yanvar ayında şahmat məktəbinin əsaslı təmiri üçün Yaponiya səfirliyi tərəfindən qrant ayrılacaq və təmir işləri başlanacaq. Təmir işləri başa çatan kimi məktəbimiz yenidən fəaliyyətə başlayacaq"


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss