SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

A.Dvorkoviç : "Futbol ulduzları ilə işlərə başlayacağıq" (MÜSAHİBƏ)

FIDE prezidenti Arkadiy Dvorkoviç bu postda seçilməsinin birinci ili münasibətilə bir qrup jurnalist üçün geniş müsahibə verib. 

Chess.az saytı müsahibənin bəzi maraqlı məqamlarını sizlərə təqdim edir.


-İlk iliniz ərzində əldə etdiyiniz ən böyük nailiyyətlər hansılardı?

-İlk öncə mən şahmat cəmiyətinin ,professionalların və federasiyaların FİDE-yə olan münasibətini qeyd edərdim. Bunu keçirdiyimiz görüşlərdə və bizə olunan çoxsaylı müraciətlərdən görmək olur. Bizə olunan bu etribarı biz şahmatın inkişafına sərf etməliyik.

Bundan əlavə Rapid və Blitz üzrə Dünya Çempionatlarını ,Dünya Kuboku ,qadınlar arasında İddiaçılar turnirində və Qran Pri yarışlarında olan uğurlu təşkilatçılığı qeyd edərdim. 

Biz həmçinin qadınlar arasında Qran Pri yarışını yenidən bərpa etdik və bu yarışın ilk mərhələsi bu yaxınlarda çox uğurla keçirilib başa çatdı. 

Men adasında davam edən "Grand Swiss" turniri davam edir .Təşkilatçılar tərəfindən görülən işlərin həcmini bildiyim üçün ,bu turniri də yuxarıda sadaladığım siyahıya əlavə edə bilərik. 

Biz Dünya Çempionu adı uğrunda final matçı və digər önəmli yarışlara olan öz hüquqlarımızı bərpa edə bildik. Bu da bizə şahmatı daha geniş auditoriyaya çatdırılmasında və sponsorların cəlb olunmasına kömək edəcək.

Biz şahmatın inkşafı üçün geniş miqyaslı proqramlar həyata keçirməyi başlamışıq. Artıq Milli Federasiyaların yarısından çoxu bizim köməyimizlə inkişaf proqramlarını hazırlayırlar. 

FİDE-nin daxili strukturunu və yeni ,çox çalışqan bir komanda yarada bildik. 

Qarşımızda duran bəzi məqsədlər həllini tapmaq üzrədir. Məsələn sponsorlar. Biz bu sahədə də ilk addımları amağa başladıq. Biz qlobal marketinq araşdırmasını sifariş vermişdik və araşdırmanın nəticələri bizə sponsorlarla masa arxasına əyləşmək üçün zəmin yaradıb. Biz Coca-Cola kimi nəhəng şirkətlə artıq ilk təmaslara başladıq. Bu isə böyük bir uğurdur.   

-Seçkilərdən öncə verdiyiniz vədlərin hansını tam yerinə yetirilmiş hesab edirsiniz?

Məsələn qadınların Dünya Çempionu adı uğrunda mübarizədə format dəyişikliyi. Onlar da indi kişilərlə eyni formatda mübarizə aparıır. Bu yolda olan turnirlərin mükafat fondlarını da xeyli artırmağı bacardıq. Kişilərdən fərq yalnız ondan ibarətdir ki ,qadınlar arasında "Grand Swiss" turniri yoxdur. Bu məsələnin üzərində də artıq çalışmalara başlamışıq. 

Daha bir məsələ FİDE-yə olunan ödənişlərlə bağlıdır. Dekabrda keçiriləcək Asambleyada bu məsələ müzakirəyə çıxaralacaq. Biz bu  məsələni daha tez həll etmək istəyirdik amma indiyə qaldı. Veteranlardan üzvlük haqqı yığımı artıq ləğv olunub. 

Bu il ərzində nələri səhv etdiniz?

Turnir və tədbirlərin təşkilində həmişə cuzi də olsa səhvlər olur. Biz keçirilən hər bir tədbirə hesabat hazırlayırıq ,bu hesabatlar bizə səhvlərimizi görüb minimuma endirməyimizdə kömək edir. Məsələn ,mənə elə gəlir ki , "Fişer Şahmatı" daha böyük diqqətə layiqdir. Belə deyərdim ,bütün səhvlərimiz strateji yox ,taktiki xarakteri daşıyır. Strategiyamız özünü doğruldur.

İlk ilinizdə özünüzə və komandanıza nə qiymət verərdiniz?

Mən kimisə fərqləndirmək istəməzdim .Çünki bu komanda işidir və düşünürəm ki , ilk ildə biz komanda olaraq bu işin öhdəsindən gəlməyi bacardıq.  Özümə gəlincə ,mənə şahmat ictimayəti qiymət versə daha doğru olar.  Onlar məni dəstəkləyirsə deməli mən doğru yoldayam. 

Keçən il sizi seçkidə qələbə münasibətilə ilk təbrik edənlərdən biri FİFA prezidenti Covani İnfantino olmuşdur. Sizcə , növbəti 10 ildə şahmat idman növü olaraq futbolun 20-ci əsrdə yaşadığı bumu yaşaya biləcəkmi?

Məncə şahmatı futbolla müqaisə etmək düzgün olmazdı. Dünyanın hər iki idman növünə ehtiyacı var. Şahmatı daha da populyar etmək üçün biz iki istiqamətdə işləməliyik. Birincisi məktəblərdə şahmat vasitəsilə  uşaqların intellektual səviyəsini artırılmasına nail olamaq ,ikincisi isə ,onlayn oyun və onlayn  tədrisi genişləndirməliyik. 

İnformasiya yayılmışdı ki ,FİDE və FİFA əməkdaşlığa başlayır.Əməkdaşlığınız nə yerdədir? 

İstənilən əməkdaşlıq ciddi hazırlıq tələb edir. Hazırda biz hazırlıq səviyyəsindəyik. İlk öncə biz FİFA-dan idarəçilik və marketinq işlərini şahmatda tətbiqini öyrənirik. Daha sonra FİFA bəzi milli federasiyalara şahmat fənnini bəzi futbol akademiyalarında tədrisi barədə tövsiyələr verəcək .Daha sonra isə , biz şahmatı populyarlaşdırmaq üçün futbol ulduzları ilə işlərə başlayacağıq. Planlar çoxdur. Əsas odur ki ,əməkdaşlıq başlayıb və hazırlıqlar gedir.

2020-ci ilə olan əsas hədəfləriniz nədir?

İlk öncə FİDE-nin yeni əsasnaməsini təsdiq etmək. Dekabrda keçiriləcək Assambleyada əsasnamə təsdiq olunarsa ,bu bizə federasiyalarla işləmək üçün daha geniş imkanlar yaradacaq. 

İkincisi ,FİDE-nin maliyə dayaqlarını təmin etmək. Biz büdcəmizin 50%-ni sponsorlar tərəfindən doldurulması üçün işlər aparmaq fikirindəyik.

Üçüncüsü isə ,dördillik stabil təqvim hazırlamaq haqda düşünürük (2021-2024). Məncə bu həm təşkilaçıların ,həm də şahmatçıların işini xeyli asanlaşdıracaq. Bundan əlavə belə bir uzunmüddətli təqvimin olması sponorlarla işləmək üçün daha rahat şərait yaradacaq. 

2020-ci ildə keçiriləcək Dünya Çempionu adı uğrunda matçını dəqiqləşib?

Hazırda biz potensial namizədlərlə məsləhətləşmələr aparırıq. Danışıqlar kifayət qədər uğurlu keçir.

Rusiyanın həddindən artıq rəsmi yarışılarına ev sahiblik etməsi geniş tənqid olunur. Buna münasibətiniz? 

Əslində bu uzun bir prosseslərin nəticəsidir. Rusiyadan gələn təkliflər burada şahmatın tarixi köklərin olması ilə əlaqəlidir. Bizi , Rusiyanın bu qədər yarışlara ev sahiblik etmək istəyi yalnız sevindirir.

Əslində biz turnirlərin coğrafiyasını genişləndirilməsində maraqlıyıq. Yəgin ki ,irəliləyiş olacaq. Növbəti Çempionluq siklin bir mərhəlisini Hindistana keçirmək düşünürük. Bu yay mən Cənubi Amerika və Mərəkeşdə səfərdə olmuşam ,bu yaxınlarda Yaponiyada olduq. Biz şahmat tədbirlərini bu ölkələrə çatdırmağa çalışırıq. 

Çoxları belə düşünür ki ,şahmatın gələcəyi vaxt nəzarətinin azaldılmasındadır. Siz necə düşünürsüz?

Gördüyünüz kimi son zamanlara şahmat aləmində hadisələr çox sürətlə cəryan edir. FİDE bu tendensiyaları izləyir. Təbii ki ,biz şahmat həvəskarlarını və sponsorları da nəzərə almalıyıq. Tədricən keçirilən yarışların formatlarını korreksiya edirik. Təbii ki ,belə bir tendensiya var və biz onu diqqətdə saxlayırıq. 

Yeni şahmat növü olan "Fişer Şahmatı"("Fischer Random") barədə nə deyə bilərsiniz ?

Məncə biz "Fişer Şahmatı" üzrə Dünya Çempionatına rəsmi status verməklə doğru addım atdıq. İndi isə biz şahmatın bu növünü inkişaf etdirməliyik. Növbəti çempionatda bəzi dəyişikliklər olacaq. Dünya Çempionatına gedən yolu daha da uzatmaq ,məsələn klasik şahmatda olduğu kimi iki illik bir sikl etmək fikirimiz var. Bundan əlavə şahmatın bu növü üzrə rəsmi reytinq də açılacaq. Söz verə bilmərəm ki ,bu gələn il baş verər ,çox güman ki ,bu prosses növbəti 3 il ərzində gərçəkləşəcək.

Şahmatda olan dələduzluq faktları haqqında nə düşünürsünüz ? 

Fikrimcə böyk idman növü olaraq biz vahid diskvalifikasiya qaydalarını tətbiq edə biləcəyik. Eyni zamanda biz nəzarət mexanizmləri ,hakimlər və oyunçuların səviyyələrinin artırılması istiqamətində böyük işlər görürük. 

Biz dələduzluqla çox ciddi mübarizə aparırıq. Bakıda keçirilən ikinci Prezidentlər Şurasında biz bu mübarizənin daha da kəskin olması ilə əlaqədar qətnamə qəbul etdik. Belə oyunçuların şahmatdan uzaqlaşdırılması üçün hüquqi mexanizmlər üzərində çalışırıq. 

Son zamanlar dünyada şahmata həvəs durmadan artırı. Sizcə yaşından ,sosial vəziyətindən asılı olmayaraq milyonlarla insan bu oyunu niyə sevir? 

Bunun cavabı çox sadədir. Şahmat özündə insanlar sevdiyi bir çox şeyləri birləşdirir. İntellektin çalışmasını ,oynanılan hər yeni oyunda yenilklərlə qarşılaşmasını ,strateji düşüncə ,gözəl gedişlər ,qalib olmaq və məğlub olmaq hissi və s. Ən əsası isə ,insanlar bu imkanı çox rahat şəkildə əldə edə bilir. Onlayn şəkildə dünyanın istəniln ölkəsindən olan oyunçularla oynamaq olur. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss