Dünya şahmatı daha üç qrossmeyster qazandı.
Chess.az xəbər verir ki ,bu gün başa çatacaq "Grand Swiss Isle of Man 2019" şahmat superturniri şahmat dünyasına üç yeni qrossmeyster bəhş etdi. Belə ki ,Men adsında keçirilən yarışda birdən birə üç gənc şahmatçı qrossmeyster adı almaq üçün almaq üçün lazım olan reytinq xallarını toplaya bildi.
Bunlar 13 yaşlı hindistanlı Raunak Sadxvani ,14 yaşlı almaniyalı şahmatçı Visent Keymer və 15 yaşlı danimarkalı Yonas Bul Berredir.
Onu da qeyd edək ki , Sadxvani Hindistanın 65-ci ,Keymer isə Almaniya şahmat tarixinin ən gənc qrossmeysteri oldu .
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.