SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Yığma komandada gözlənilməz ayrılıq!

Bu gün  Gürcüstanın Batumi şəhərində start götürəcək kişilər və qadınlar arasında komanda Avropa Çempionatında iştirak edəcək  kişilərdən ibarət millimizin heyətində gözlənilməz ayrılıq yaşanıb. 
Chess.az xəbər verir ki ,bir neçə gün öncə Dünya Kubokundakı yorğunluqla əlaqədar olaraq Avropa çempionata qatılmayacağı açıqlayan Teymur Rəcəbovun yerinə Men adasında uğurlu çıxış etmiş Nicat Abbasov yığma komandanın heyyətinə daxil edilmişdir. 

Dünən isə Nicatın da AVRO-2019-a qatılmayacağı aşıqlandı. Səbəb isə eynidir-yorğunluq. Bu barədə məlumatı qitə birinciliyində əsas silahımız olan Şəhriyar Məmmədyarov sosial şəbəkələrdə verib :"Milli komandamızın kapitanı Eltac Səfərli həm də oyunçu kimi oynayacaq. Nicat Abbasov yorğunluq səbəbi ilə oynaya bilməyəcək. Komandaya xoş gəlmisən Eltac ! Oynayan kapitanımız" 
Məlumatda deyildiyi kimi Nicat Abbasovu  Avro 2019-da yarışa kapitan qismində yollanan Eltac Safarli əvəz edəcək. Komandamızın kapitanı isə  ,Fikrət Sediyefzadə olacaq. Sediyefzadə həmçinin qadınlarda ibarət yığmamızın da kapitanı olaraq çıxış edəcək.
    Görünür FİDE oktyabr ayının təqvimini heç də yaxşı tərtib etməyib. Əvvəlcə Dünya Kuboku ,ardınca Men adasında keçirilən "Grand Swiss" və ayın sonu komanda Avropa çempionatı. Qırx gün içində üç böyük yarış təbii ki ,təkcə bizim şahmatçılar üçün yox ,bir çox Avropaq qitəsində oynayan şahmatçılara ciddi problem yaradım. Başqa yığmalarda da oxşar səbəblərdən bir neçə güclü şahmatçının qitı birinciliyinə qatılmayacaqğı açıqlanıb.  
İki dəfə dəyişiklik olunan milli  komandamızın yekun heyəti belədir :1.Şəhriyar Məmmədyarov 2.Arkadiy Naydiç 3.Rauf Məmmədov  4.Qədir Hüseynov  5.Eltac Səfərli
Xatırladaq ki ,yığmamız hazırkı Avropa çempionudur. Ümumilikdə isə ,Millimiz 3 dəfə Avropa Çempionu ,1 dəfə  Avropa Çempionatının gümüş ,1 dəfə isə bürünc medalların sahibi olub. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss