SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

MİLLİMİZ TARİX YAZDI !

Gürcüstanın Batumi şəhərində başa çatan kişilər və qadınlar arasında komanda Avropa Çempionatında Azərbaycanın qadınlardan ibarət yığma komandası tarixi uğura imza atıb. 
Chess.az xəbər verir ki ,qitə birinciliyinin son turunda prinsipial qarşılaşmada Ermənistan yığmasına 2.5:1.5 hesabı ilə qalib gələn qızlarımız ,Avropa Çempionatının bürünc medallarına sahib çıxdılar. Kişilərdən fərqli olaraq son illər beynəlxalq arenada elə də ciddi uğuru olmayan qadın yığmamızın sonuncu ciddi uğuru 27 il bundan əvvəl ,uzaq 1992-ci ildə olmuşdur.  O vaxt Macarıstanın Debretsen şəhərində keçirilən Avropa Çempionatında  Firuzə Vəlixanlı və İlahə Qədimovadan ibarət yığma komandamız qitə birinciliyinin bürünc medallarını qazanmışdırlar.  Avropa Çempionatının qalibi isə ,altıncı dəfə bu titulu qazanan Rusiya yığması oldu. Gümüş mükafatçı isə ,meydan sahibi Gürcüstan yığması oldu.


9-CU TUR (qadınlar) :AZƏRBAYCAN-ERMƏNİSTAN 2.5:1.5

8-Cİ TUR (qadınlar) :FRANSA-AZƏRBAYCAN 1.5:2.5

7-Cİ TUR (qadınlar) :GÜRCÜSTAN-AZƏRBAYCAN 2:2

6-CI TUR (qadınlar) :AZƏRBAYCAN-RUSİYA  2:2

5-Cİ TUR (qadınlar) :İTALİYA-AZƏRBAYCAN  1.5:2.5

4-CÜ TUR (qadınlar) :AZƏRBAYCAN-RUMINİYA 2.5:1.5

3-CÜ TUR (qadınlar) :AVSTRİYA-AZƏRBAYCAN 0:4

2-Cİ TUR (qadınlar) :AZƏRBAYCAN-İSPANİYA 0.5:3.5

1-Cİ TUR (qadınlar) :LATVİYA-AZƏRBAYCAN 0:4
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss