SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"GRAND PRİX 2019".1/8 FINAL.RƏCƏBOV-DUBOV (CANLI ,YENİLƏNİR)

Bu gün “Grand Prix 2019” seriyasının üçüncü mərhələsi start götürür.      
Chess.az xəbər verir ki , Almaniyanın Hamburq şəhərində yerləşən "Kervider" teatrında keçiriləcək yarışın 1\8 mərhələsinin püşkü də atılıb. Yarışda Azərbaycanı təmsil edəcək Teymur Rəcəbov bu mərhələdə rusiyalı Daniil Dubovla qarşılaşacaq.   
 Xatırladaq ki ,ümumilikdə dörd mərhələdən ibarət seriyada hər şahmatçı yalnız üçündə iştirak edə bilər. İlk iki mərhələdə iştirak etmiş və hətta Latviyada keçirilmiş sonuncu mərhələnin qalibi olmuş Şəhriyar Məmmədyarov məhz bu səbəbdən Hamburqda çıxış etməyəcək. Latviyanın paytaxtında keçirilən mərhələdə çıxış etməyən Teymur Rəcəbov isə əksinə ,bu dəfə iştirakçılar arasındadadır. Qeyd edək ki , bu turnir  həmçinin Teymurun Dünya Kubokundakı möhtəşəm qələbəsindən sonra ilk sınağı olacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da olacaq. 
Xatırladaq ki ,keçirilmiş iki mərhələdən sonra ,seriyanın ümumi hesabına aktivlərində  10 balları olan həmyerlimiz Şəhriyar Məmmədyarov və rusiyalı Aleksandr Qrişyuk başçılıq edirlər. "Grand Prix 2019" seriyasının sonunda ilk iki pilləni tutmuş şahmatçılar 2020-ci ildə keçiriləcək İddiaçılar turnirinə vəsiqə qazanacaq. 

1\8 FİNAL
MAKSİM VAŞYE-LAQRAF (FRANSA)-VEY Yİ (ÇİN)
HİKARU NAKAMURA(ABŞ)-VESELİN TOPALOV (BOLQARISTAN)

DAVİD NAVARRA (ÇEXİYA)-NİKİTA VİTİUQOV (RUSİYA)
RADOSLAV VOYTAŞEK(POLŞA)-ALEKSANDR QRİŞYUK (RUSİYA)

TEYMUR RƏCƏBOV(AZƏRBAYCAN)-DANİİL DUBOV (RUSİYA)

PETR SVİDLER (RUSİYA)-PENTALA HARİKRİŞNA (HİNDİSTAN)

DMİTRİY YAKOVENKO (RUSİYA)-YA YANYİ(ÇİN) 

YAN-KŞIŞTOF DUDA (POLŞA)-YAN NEPOMNYAŞİYA (RUSİYA)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss