SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE PREZİDENTİ İKİ ÖNƏMLİ AÇIQLAMA VERDİ!

Dünən Almaniyanın Hamburq şəhərində keçirlmiş “Grand Prix 2019” seriyasının üçüncü mərhələsinin açılış mərasimində FİDE prezidenti Arkadiy Dvorkoviç önəmli açıqlamalar verib.      
Chess.az xəbər verir ki ,rəsmi açılış mərasimindən sonra keçirilən mətbuat konfransında ali şahmat qurumunun rəhbəri önəmli açıqlamaları ilə yadda qaldı. Birincisi ,Dvorkoviç 2020-ci ildə Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilməsi planlaşıdırlan Dünya Şahmat Olimpiyadasının yerinin dəyişdirilməsi ilə bağlı qərar verdiklərini açıqlayıb. Beləliklə ,Olimpiyada əvvəlcədən planlaşdırıldığı kimi Xantı-Mansiyskdə yox , Rusiyanın paytaxtı Moskvada keçiriləcək. 
   Digər məlumat isə Dünya Çempionu adı uğrunda final matçı ilə bağlıdır. Dvorkoviçin sözlərinə görə 2020-ci ildə keçiriləcək Dünya Çempionu adı uğrunda final matçını təşkil etmək üçün iki ölkənin müraciət etdiyini açıqlayıb. Bu ölkələr Argentina və Birləşmiş Ərəb Əmirlikləridir. FİDE prezidentini sözlərinə görə final məhz bu ölkələrin bitrində keçiriləcək. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss