SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"GRAND CHESS TOUR 2019":Şəhriyar 8-ci oldu

Rumıniyanın paytaxtı Buxarestdə "Grand  Chess Tour 2019" seriyasının altıncı mərhələsi başa çatdı.

Chess.az xəbər verir ki ,altıncı mərhələ Rapid və Blitz yarışlarından ibarət idi.

"SuperBet Rabid&Blitz Romania" adlanan turnirdə 10 şahmatçı mübarizə aparıb. Onların arasında həmyerlimiz Şəhriyar Məmmədyarov da var idi. 

    Təşkilatçılar tərəfindən yarışa oyunçu sayını düzlətmək üçün "Wild Kart"-la dəvət etdikləri ukraynalı Anton Korobov Rapid yarışından sonra liderlik etdiyi yarış sonda erməni şahmatçı Levon Aronyanın qələbəsi ilə bitib. Korobov Rapiddə qazandığı üstünlüyü Blitzdə qoruya bilmədi. Son turdan sonra eyni xala malik olan Levon Aronyan və rusiyalıSergey Karyakin yarışın qalibini tay-brekdəı müəyyənləşdirməli oldular. Tay-brekdə Karyakindən güclü olanj Aronyan turnirin qalibi oldu. Həmyerlimiz Şəhriyar Məmmədyarov isə 16.5 xalla 8-ci oldu. 

Qeyd edək ki ,"Grand Chess Tour 2019"-un  növbəti mərhələsi noyarbrın 21-də Hindistanın Kalkutta şəhərində keçiriləcək.    


CANLI YAYIM :


---------------------------------------

1.Abidjan (FDŞ)  - 6-13 may (Rapid və Blitz)

2.Zaqreb (Xorvatiya)  - 24 iyun-9 iyul (Klassik)

3.Paris (Fransa) - 27 iyul - 2 avqust   (Rapid və Blitz)

4.Sent Luis (ABŞ) - 8 - 15 avqust      (Rapid və Blitz)

5. Sent Luis (ABŞ)     -16 - 30 avqust     (Klassik)

6.Buxarest (Rumıniya) - 6 - 10 noyabr    (Rapid və Blitz)

7.Kalkutta (Hindistan) - 20 -27 noyabr  (Rapid və Blitz)

8.London (Böyük Britaniya)     - 30 noyabr - 10 dekabr . Final


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss