SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

İsmayıl Bakı çempionu oldu!

Kişilər və qadınlar arasında Bakı çempionatı başa çatdı.
Chess.az xəbər verir ki ,noyabrın 9-da "AĞ TOP ŞAHMAT KLUBUNDA" keçirilən kişilər və qadınlar arasında Bakı çempionatı başa çatdı.
Yarışın mükafatlandırılma mərasimində Bakı şəhəri Gənclər və idman baş idarəsinin şahmat üzrə-kuratoru Gündüz Vəliyev çıxış edərək çempionatda iştirak etmiş şahmatçıları Bayraq Günü münasibətilə təbrik etdi, gələcək karyeralarında uğurlar  arzuladı.
Kişilərin yarışında 30 şahmatçı iştirak etmişdir. Yarışın sonunda Bakı çempionu adını İsmayıl Qurbanov qazandı.


I yeri   :İsmayıl Qurbanov (6.5 xal)
II yeri  :Əhməd Xaqan (6.5 xal)
III yeri :Paşam Əlizadə (6 xal)
IV yeri :Əli Süleymanov (6 xal)
V yeri  :Fərəczadə Oruc (6 xal)

Qeyd edək ki ,Bakı çempionatında ilk 5 yeri tutmuş şahmatçılar Azərbaycan çempionatının birinci dəstəsinə vəsiqə qazandı.
Qadınların yarışında isə ,10 şahmatçı dairəvi sistem üzrə mübarizə aparıb. Mübarizənin sonunda çempion adına 8 xalla Nərmin Abdinova yiyələndi.


I Yeri  :Nərmin Abdinova(8 xal)
II Yer  :Aysel Cəfərova (7.5 xal)
III Yer :Lalə Hüseynova (6 xal)
 

Qadinlar arasında 1-ci ve 2-ci yeri tutan shahmatcilar Azərbaycan çempionatının birinci dəstəsinə vəsiqə qazandılar.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss