SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

VÜQAR ƏSƏDLİ TOP 100-DƏ!!!

  Xəbər verdiyimiz kimi dünən FİDE dekabr ayı üçün növbəti reytinq cədvəlini açıqlamışdır. 
 İlin son reytinq cədvəlində kişilərin vəziyyətinə nəzər salmışdıq. Siyahıya əvvəlki kimi böyük üstünlüklə norveçli Maqnus Karlsen (2872) başçılıq edir. Amerikalı Fabiano Karuana (2822) ikinci ,çinli Dinq Liren (2801) isə üçüncüdür. 
Azərbaycan TOP-10-da iki ,TOP-100-də isə beş şahmatçı ilə  təmsil olunur. 
7.Şəhriyar Məmmədyarov (2772) 
10.Teymur Rəcəbov (2765)
77.Qədir Hüseynov (2666)
82.Nicat Abbasov (2663)
89.Rauf Məmmədov (2659)

TOP-100 (KİŞİLƏR)

 Qadınlara gəlincə ,siyahıya əvvəlki kimi böyük fərqlə çinli Xu Yufan başçılıq edir.Aktivində 2664 reytinq xalı olan Yifan ,ən yaxın izləyicisi olan həmyerlisi Yu Venyunu nə az nə çox, düz 84!!! xal qabaqlayır. Günay Məmmədzadə bu ay göstərdiyi möhtəşəm oyunu sayəsində 12 pillə irəliləyərək böyüklər arasında 27-ci ,20 yaşadək qadınlar arasında Dünya üçüncülüyünə qədər yüksəlib. 
TOP-100-də yer alan qadın şahmatçılarımız isə bunlardır :
27.Günay Məmmədzadə (2455)
76.Ülviyyə Fətəliyeva (2387)
78.Gülnar Məmmədova (2386) 


TOP-100 (QADINLAR)

  Bu ay reytinq cədvəllərində Rauf Məmmədovun TOP-100-ə qayıtması,Günay Məmmədzadənin isə 12 pillə irəliləyərək dünya reytinq sıralamasında 27-ci pilləyə yüksəlməsi nə qədər sevindirici olsa da, FİDE-nin  gənclər üçün (U-20) açıqladığı rəsmi reytinq siyahı daha da sevindirici oldu. Çoxdandır ki, Azərbaycan şahmatçılarının düşə bilmədiyi TOP-100-ə ,ilin son ayında bir qrossmeysterimiz düşməyi bacardı. 17 yaşlı şahmatçımız Vüqar Əsədli 2538 ELO xalı ilə ,hazırda 20 yaşlı şahmatçılar arasında dünya reytinq sıralamasının 48-ci pilləsinə qərarlaşıb.  

TOP-100 (U-20) 
 скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss