SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rauf Avropa ikincisi oldu!

Estoniyanın paytaxtı Tallində keçirilən Rapid və Blitz üzrə Avropa Çempionatının Rapid yarışı başa çatdı.
Chess.az xəbər verir ki ,Avropa birinciliyində ölkəmizi üç şahmatçı təmsil edir. Bunlar yığma komandamızın üzvləri Rauf Məmmədov ,Qədir Hüseynov və gənc şahmatçı Rafayel Bayramlıdır. Başa çatmış Rapid turniri şahmatçılarımız üçün kifayət qədər uğurlu alındı. Belə ki, qrossmeyster Rauf Məmmmədov keçirdiyi 13 oyundan 10.5 xal toplayaraq Avropa çempionatının gümüş medalının sahibi oldu. O çempion adını qazanmış erməni Qabriel Sarqissyanla eyni xal toplasa da, yalnız əlavə göstəricilərə görə ondan geri qaldı. Onu da qeyd edək ki, çempion olmuş Sargissyan turnirdə yeganə məğlubiyyətini məhz  Rauf Məmmədovdan aldı. Digər təmsilçilərimiz Qədir Hüseynov 10 xalla 4-6-cı ,Rafayel Bayramlı isə 4.5 xalla 365-388-ci yerləri bölüşüblər.
Hazırda Avropa Çempionatı Blitz yarışı ilə davam edir. Keçirilmiş 11 turdan sonra təmsilçilərimiz Qədir Hüseynov 9 xalla 4-cü ,Rauf Məmmədov isə 8 xalla 13-cü pillədə qərarlaşıblar.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss