SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Fişer-Spasskiy matçı haqqında daha bir film ("The Rook")

    BBC.COM  hazırda çəkilişləri davam edən "The Rook" ("Top") filmi haqqında maraqlı yazı hazırlayıb. Filmin süjet xətti, 1972-ci ildə keçirilmiş Dünya Çempionu adı uğrunda Bobbi Fişer-Boris Spasskiy final matçı haqqındadır. 

   "Soyuq Müharibə" zamanı İslandiyada keçirilən bu tarixi qarşılaşma həm ABŞ həm SSSR-də böyük ajıotaja səbə olmuşdur. Matç radio və televiziyalar üçün əlverişsiz yerdə keçirilirdi. İslandiya peyk siqnalını ötürmək üçün elə də əlverişli yer olmayıb. O zamanlar internet və mobil rabitə də yox idi.Buna baxmayaraq finala bütün dünyadan çoxsaylı media nümayəndələri toplaşmışdır. Ümumilikdə Fişer şahmat arenasına gələnə gədər Amerika mətbuatı şahmata elə də böyük diqqət ayırmırdı. Amma Bobbi Fİşerin ABŞ-da populyarlaşması və Dünya Şahmat tacı uğrunda matça vəsiqə qazanması şahmatı ölkədə bir nömrəli idman növünə çevirdi. Hamı şahmatdan danışır ,final matçı ilə bağlı maraqlanırdı.  

  Filmin süjet xətti məhz matç ətrafındfa olan ajıotaj və matçın özü barəsindədri. İkinci 

  Filmin rejissoru film barədə bunları deyib: "Spasskiy və Fişer. Bu iki ayrı insan psixoloqiyasıdır. Hazırda 82 yaşı olan Spasskiy daha sakit və təmkinlidir. Fişer isə əksinə çox çılğın insan idi və illər keçdikcə onun açıqlamaları insanlarda qıcıq doğurmağa başlayıb. Məsələn o ABŞ-a qarşı olunan "9\11" terror aktını dəstəkləmişdir." 

Robert Emms ,"Atlantis və "Çernobıl" seriallarında rol almış bir aktordur. İndi isə onu daha çətin iş gözləyir ,o Bobbi Fişer obrazını canlandırı " Bobbi ziddiyyətlərlə dolu bir insan olub. Ailəsi ilə ,anası ilə münasibətləri çox gərgin idi. Fişer, istedadlı, parlaq amma eyni zamanda özünü məhvə sürükləyən şəxsiyyət olub". 

    "The Rook" filmində Spasskiyi rolunu irlandiyalı aktyor Ronan Raftery oynayır: "Həmişə daha sakit və daha diqqətli olan Spasskiyi oynamaq çox maraqlıdır.Onun Fişerin davranışlarına necə dözdüyünü və necə qarşıladığını indi daha yaxşı anlayıram" Qeyd ədək ki, filmin premyerası yanvarın 19-da Londonun "Hampstead" teatrında keçiriləcək. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss