SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

KARLSEN BUNU DA ETD!? (İNGİLƏRƏ FUTBOLUNU ƏN YAXŞI BİLƏNLƏR ARASINDA)

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen bugünlərdə İngiltərə mətbuatının diqqət mərkəzinə düşüb. 
The Guardian nəşri Magnus Karlsenin "Fantasy Premyer Legue"-da dünyada altıncı pilləyə yüksəlməsi haqqında məqalə dərc edib. Son zamanların ən yaxşı şahmatçısı,"Fantasy Premyer Legue"-də zirvəyə doğru inamla irəliləyir. Futbol üzrə İngiltərə Premyer Liqasında bu həfətsonu keçirilən oyunlardan sonra, Karlsenin qurduğu virtual komandanın topladığı xallar onu 7 000 000 abunəsi olan "Fantasy Premyer Legue"-ın ümumi hesabda 6-cı pilləyə yüksəldib.

   Karlsenin "Kjel Ankedal" adlanan komandası ötən il TOP-3000-ə düşməyi bacarmışdı (bu nəticənin özü də pis nəticə sayılmır) ,bu il isə Maqnus daha çox və baxımlı oyun  oynayan oyunçulardan ibarət komanda quraraq TOP 6-yə qədərirəliləməsinə imkan verdi. Böyük Britaniyada olduğu kimi ,Norveçdə də "Fantasy Premyer Legue" çox populyardır, təsadüfi deyil ki, ötən mövsüm 8 norveçli "FPL"-in TOP-50 düşməyi bacarmışdır. 
     "FPL" Maqnus Karlsenin uğurunu belə şərh edib :"O artıq bir neçə ildir ki liqada uğurla çıxış edir. Ancaq bu mövsümü fanstastik səviyyəyə yüksəlib. Onun ingilis futbolunu belə bilməsi adamı heyrətləndirir"
   Bu mövsüm Karlsen komandasına "Şeffild Yunaytedli" Djon Lundstramı ,"Liverpul"-dan Mo Salalh və Sadio Mane və "Tottenhem"-dən So-Hun-Mini transfer edib. 
   Qeyd edək ki , Fantasy Futbol Dünyada geniş yayılmış virtual oyun şəbəkəsidir. İstənilən şəxs istənilən liqanın başlamasından öncə,o liqada çıxış edəcək oyunçulardan ibarət komanda qurur. Hər turdan əvvəl komandasının əsas heyətini müəyyənləşdirir və rəsmi idman nəşrlərin verdiyi oyunsonrası qiymətləndirmə əsasında komandasını bu tur qazandığı xal müəyyənləşir.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss