SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

CHESS.AZ 2 YAŞINDA !

Əziz oxucu ,

   Düz iki il bundan əvvəl ,2017-ci ilin dekabr ayının 11-də, Chess.az saytı öz fəaliyyətinə başladı.

   İlk ilimizdə ilimizdə o qədər də uğurlu olmadığımızı düşünürəm. Dizaynımız çox bəsit idi, informasiya azlığı və s.

   Amma sonradan düzəlməyə başladıq...

   Təbii ki ,tam peşakar və MDB məkanında söz sahibi olan şahmat platformasına çevrilmək üçün (planımız da məhz budur) hələ çox var .Amma hər halda düşünürəm ki ,inkişaf strateqiyamız düzgün seçilib.

   Bir ilimizin tamamında, 2018-ci ilin dekabrın 11-də özümüz özümümzə hədiyyə etdik. Şəxsi vəsaitimiz hesabına saytımızın texniki bazası gücləndirdik. Professional fotoaparat , mikrofon süngərləri və ən əsası saytımız yeni dizaynda xidmət göstərməyə başladı. "NEO Studio" tərəfindən hazırlanan və bizə təqdim olunan saytımızın yeni dizaynı oxucuların çox xoşuna gəlib. Bunu biz bizə ünvanlana şərhlərdən hiss edirik.

   Daha bir yenilikisə ondan ibarətdir ki , geridə qoyduğumuz ildə videosüjtlər hazırlamağa başlamağımızdır. Az da olsa bu sahədə də irəliləyişə nail ola bildik.

   Bir sözlə inişafın yeni mərhələsinə qədəm qoyduq. Ən əsası da odur ki, biz bu inkişafı öz və çox məhdud olan daxili imkanlarımız hesabına həyata keçiririk. Bu da bizə tam müstəqil fəaliyyət göstərməyə imkan verir. 

   Biz düz iki ildir ki, ölkədə şahmat daha geniş təbliğ olunsun deyə ,şahmatsevərlər ən son xəbər və yeniliklərdən xəbər tutsun deyə, tam təmənnasız olaraq xəbərləri toplayıb öz oxucularımıza çatdırmağa çalışdıq. Buna bundan sonra da davam edəcəyik. 

   Biz Azərbaycan Şahmat Federasiyasına da kömək edirik. Düzdür, onlar bizdən kömək istəməyiblər və bizimlə əməkdaşlıq belə etmirlər. Amma hər halda biz onların media, azarkeş və hətta sponsorlar arasında informasiya körpüsün rolunu daşıyırıq.

   Federasiyaya işi düşən, sualı olan ,veriliş hazırlamaq istəyən ,görüşmək istəyən şirkət nümayəndələri ilk bizə müraciət edirlər. Çünki biz onlar üçün daha əlçatanıq. Biz də öz növbəmizdə lazım olan məlumatı da, əlaqə nömrələrini, ünvanları və s onlara təqdim edirik.  

   Ölkəmizdə şahmat çox populyardı və biz bu idman növünü azarkeşlər üçün maksimum əlçatan etməyə çalışırıq. 

   Şahmatçılarımızın müxtəlif yarışlarda çıxışını, onlara dair ən son xəbərləri, beynəlxalq və yerli arenalarda baş verən ən mühüm hadisələri sizlərə maksimum operativ şəkildə çatdırmağa çalışırıq.

   Daha bir tendensiya nəzərimizdən qaçmadı. Bu da ,son iki ildə ölkədə şahmat həvəskarların xeyli artmasıdır. 

   İki il ərzində saytımıza minə qədər müraciət ünvanlanıb!!!Bu balaca bir rəqəm deyil. Sual verənlərin çoxu şahmatla yeni maraqlananlardı.Müraciətlərin böyük əksəriyyəti yarışlara necə qatıla bilərəm, FİDE İD haradan əldə edə bilərəm və ya uşağımı hansı müəllimın yanına göndərə bilərəm tipli suallardan ibarıt olur. 

   Biz hamıya maksimum dərəcədə kömək etməyə çalışdıq. 

   Bəzən operativlik çatışmasa da ,bəzən tələsik xəbər yazdığımızdan səhvlərimiz olsa da yenə də biz çalışırıq. Çalışırıq ki, şahmat həvəskarlarımızı maksimum məlumatlandıraq. 

   Bu iki il ərzində saytımızda əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. 

   Heydər Həsənli, Anar İbrahimov, Aidə İsaq ,Rəşad Məmməd -çox sağolun! 

  Əgər siz belə bir saytın yaşamasının və inkişaf etməsinin tərəfdarısınızsa BİZƏ DƏSTƏKOLUN !

Ad günümüz mübarək !


Chess.az saytın rəhbəri :                                                                                  E.Əliyarlı


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss