SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"GRAND PRİX 2019". 1/8 FINAL (CANLI ,YENİLƏNİR)


Bu gün İsrailin Qüds şəhərində "Grand Prix 2019" seriyasının son mərhələsi start götürəcək. 
  Dekabrın 24-dək davam edəcək yarışda İddiaçılar turnirinə vəsiqə qazanmaq uğrunda mübarizəni həmyerlimiz Şəhriyar Məmmədyarov da aparacaq. Dünən yarışın püşkatma mərasimi də keçirldi. Məmmədyarovun 1\8 final mərhələsindəki rəqibi Dmitriy Yakovenko olacaq. Oyunlar bu gün Bakı vaxtılə saat 17:00-da başlayacaq. 

 Xatırladaq ki, hazırda ümumi hesaba aktivində 20 balı olan rusiyalı Aleksandr Qrişyuk başçılıq edir. Fransız Maksim Vaşye-Laqraf 13 xalla ikinci, həmyerlimiz Şəhriyar Məmmədyarov 10 xalla üçüncü, rusiyalı Yan Nepomnyaşiy isə 9 xalla dördüncü pillədə qərarlaşıblar. Aleksandr Qrişyuk 2020-ci ildə Yekaterinburqda  keçiriləcək İdidaçılar Turnirinə vəsiqəni demək olar ki ,təmin edib.  Qrişyuku yalnız bir variant İddiaçılar Turnirindən kənarda qoya bilər. İsraildə keçiriləcək mərhələdə fransalı Maksim Vaşye-Laqraf finala qədər tey-breksiz irəliləsə və ora onun kimi tey-breksiz irəliləyən  həmyerlimiz Şəhriyar Məmmədyarova uduzarsa ,o zaman Məmmədyarov və Vaşye-Laqraf Qrişyukyu ümumi hesabda arxada qoyur. Yerdə qalan bütün variantlarda Qrişyuk iki vəsiqədən birini özünə təmin etmiş olur. Şəhriyar Məmmədyarovun ikinci vəsiqəyə sahib çıxması üçün İsraildə ən azı finala çıxması gərəkir ,o da ki ,bir şərtlə o finalda nə Vaşye-Laqraf nə də ki ,Yan Nepomnyaşiy olmasa. Əgər onlardan biri finala qədər irəliləsə Şəhriyar mütləq şəkildə İsrail mərhələsinin qalibi olmalıdır.  
      
1\8 FİNAL
ŞƏHRİYAR MƏMMƏDYAROV (AZƏRBAYCAN)-DMİTRİY YAKOVENKO (RUSSİYA) 
DAVİD NAVARA (ÇEXİYA)-VANQ XAO(ÇİN)
VESELİN TOPALOV (BOLQARISTAN)-MAKSİM VAŞYE-LAQRAF(FRANSA)
RADOSLAV VOYTAŞEK (POLŞA)-DMİTRİY ANDREYKİN (RUSİYA)
YU YANYİ(ÇİN)-VESLİ SO(ABŞ)
YAN NEPOMNYAŞİY (RUSİYA)-BORİS QELFAND (İSRAİL)
VEY Yİ(ÇİN)-ANİŞ GİRİ (NİDERLAND)
PENTALA HARİKRİŞNA (HİNDİSTAN)-SERGEY KARYAKİN (RUSİYA)скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss