SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

QRİŞYUK İDDİAÇILAR TURNİRİNƏ VƏSİQƏ QAZANDI!

İsrailin Qüds şəhərində davam edən“Grand Prix 2019” seriyasının dördüncü mərhələsi əvvəli  Aleksandr Qrişyuk üçün uğurlu oldu.    
Chess.az xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçirilən üçüncü mərhələdə qələbə qazanan və ümumi hesabda zirvəni ələ keçirən rusiyalı şahmatçı Aleksandr Qrişyuk, İsrail mərhələsində iştirak etməsə də, dünən turnirdə qeydə alınan nəticələr sayəsində İddiaçılar turnirinə vəsiqəni təmin etdi.
   Qrişyukun İddiaçılar turnirinə iki vəsiqədə birinə yalnız, həmyerlimiz Şəhriyar Məmmədyarov və fransız Maksim Vaşye Laqrafın finaladək tay-breksiz irəlilədiyi və finalda Məmmədyarovun qələbə qazanacağı halda sahib çıxmaya bilərdi. Dünən həm Məmmədyarovun həm də Maksimin heç-heçə oynayıb tay-brekə qalması Aleksandr Qrişyuku İddiaçılar turnirinə göndərdi. İndi İddiaçılar turnirinə cəmi bir vəsiqə qalıb. O vəsiqə uğrunda mübarizə isə Şəhriyar Məmmədyarov ,Maksim Vaşye-Laqraf və Yan Nepomnyaşiy arasında gedəcək.
 скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss