SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"İDDİAÇILAR TURNİRİ 2020"-NİN HEYYƏTİ BƏLLİDİRMİ?

İsrailin Qüds şəhərində başa çatan "Grand Prix 2019" seriyasından sonra, "İddiaçılar Turniri 2020"-də iştirak edəcək şahmatçıların siyahısı demək olar ki, müəyyənləşdi. 
   Chess.az xəbər verir ki, 2020-ci ilin mart ayında Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək turnirdə 8 şahmatçı iştirak edəcək. Onlardan artıq yeddisinin adı məlumdur. Yalnız bir yeri FİDE özü müəyyənləşdirdiyinə görə, rəsmi olaraq səkkizinci şahmatçını adı elan olunmayıb. Böyük ehtimalla son vəsiqə rusiyalı Kirill Alekseyenkoya qismət olacaq. Ali şahmat qurumu bir müddət öncə "WILD CARD"-ı meydan sahibi ölkəyə veriləсəyini bildirmişdi. Rusiya Şahmat Federasiyası da öz növbəsində 2019-u ildə ən yaxşı nəticə göstərmiş üç şahmatçı, Aleksandr Qrişyuk,Yan Nepomnyaşiy və Kirill Alekseyenko arasında mini-turnir keçirmək niyyətində idi. Lakin həm Qrişyuk həm Nepomnyaşiy "Grand Prix 2019" seriyasından birbaşa vəsiqələrini təmin etdiklərindən, sonuncu vəsiqə böyük ehtimalla avtomatik olaraq Kirill Alekseyenkoya qismət olacaq. İstənilən halda siyahı rəsmi təsdiqini tapandan sonra, həmin şahmatçını adı da dəqiq məlum olacaq. Xatırladaq ki, bu il "Dünya Kuboku"-nun qalibi olmaqla adını Azərbaycanın idman tarixinə  qızıl həriflərlə yazdıran Teymur Rəcəbov, qazandığı qələbə sayəsinda "İddiaçılar Turniri 2020"-ə vəsiqəni təmin etmişdir. 


"İDDİAÇILAR TURNİRİ 2020":
1.FABİANO KARUANA (ABŞ)
2.DİN LİREN (ÇİN)
3.ANİŞ QİRİ (NEDERLAND)
4.TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN)
5.VANQ XAO (ÇİN)
6.ALEKSANDR QRİŞYUK (RUSİYA)
7.YAN NEPOMNYAŞİY (RUSİYA)
8.KİRİLL ALEKSEYENKO (RUSİYA)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss