SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİRUJA ARTIQ İRANI TƏMSİL ETMƏYƏCƏK! (ŞOK İMTİNA)

16 yaşlı İranlı gənc super istedad Alirza Firuja ölkəsini təmsil etməkdən imtina edib. 
Chess.az xəbər verir ki, bu barədə məlumatı İran Şahmat Federasiyasının prezidenti Mehridad Pəhlivanzadə ölkənin "Şərq" agentliyinə verib. Faktı təsdiqləyən Pəhlivanzadə, şahmatçının özü və ailəsi ilə görüşdüyünü və bu qərarda qəti olduqlarını bildirib. Qeyd edək ki, Alirza Firuja hal-hazırda Fransada yaşayır. 2723 reytinqə sahib olan Firuja, hazırda dünya reytinq sıralamasının 28-ci pilləsində qərarlaşıb. Onu da qeyd edək ki, Alirza Firuja elitar şahmatçılarının cəmləşdiyi "2700-lər klubunun" ən gənc üzvüdür. 
Sabah Rusiyanın paytaxtı Moskvada start götürəcək Rapid və Blitz üzrə Dünya Çempionatında Alirza Firuja artıq FİDE bayrağı altında çıxış edəcək. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss