SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FRANSIZLARIN ETİRAZI BÖYÜYÜR. FİDE İSƏ DEYİR Kİ.........

"Grand Prix 2019" şahmat super seriyasının başa çatması ilə, 2020-ci ildə Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək İddiaçılar Turnirində iştirak edəcək şahmatçıların tam tərkibi məlum oldu.
Chess.az xəbər veri ki, təbii seçimlə müəyyənləşən yeddi şahmatçının ardından, 8-ci şahmatçının adı təşkiltçılar tərəfindən açıqlanmalı idi. Məhz bu səkizinci vəsiqə son günlər geniş müzakirələrə səbəb oldu. Aylar öncə FİDE 8-ci şahmatçını dəvət etmək hüququnu təşkilatçı ölkəyə həvalə etməsi ilə bağlı açqıqlama yaymışdır. Ev sahibi Rusiyanın ali şahmat qurumu isə öz növbəsində bu vəsiqəni son bir ildə 
göstərdikləri nəticələrə əsasən Aleksandr Qrişyuk, Yan Nepomnyaşiy və Kirill Alekseyenko arasında mini turnir keçirməklə müyəyyənləşdirəcəyini açıqlamışdı. Amma burada gözlənilməz vəziyyət yarandı. Həm Qrişyuk, həm də Nepomnyaşiy İddiaçılar Turnirinə Qran-Pridən birbaşa vəsiqə qazandıqlarından, RŞF sonuncu vəsiqəni mini turniri keçirmək ehtiyac qalmadığından birbaş Kirill Alekseenkoya təqdim etdi. Narazılığlar da məhz bu qərardan sonra başladı. 
Fransalı şahmatçı Maksim Vaşye-Laqrafın meneceri FİDE və RŞF-yə açıq məktubla müraciət edərək, Rusiya tərəfini FİDE-ni "Wild Card"-ın verilmə qaydalarını kobud şəkildə pozmasında ittiham etdi. Fransızlar hesab edir ki,Maksim Vaşye-Laqraf bu vəsiqəyə daha çox layiqdir. FİDE-nin qaydalarında bu barədə bunlar qeyd olunub:

"Wild Card"-a bu şahmatçı sahib çıxa bilər:
-  02.2019-01.2020 tarixlərində TOP-10 yer alan şahmatçı (Vaşye-Laqraf -Alekseyenko)
-  Dünya Kubokunda üçüncü yer tutan (ilk üç yer İ.T-nə vəaiqə qazanıbsa 4-cü yer) (Vaşye-Laqraf -Alekseyenko)
-  "Grand Swiss 2019" turnirində qalibdən sonra ən yüksək yer tutan şahmatçı (Vaşye-Laqraf -Alekseyenko)
-  "Grand Prix 2019" ilk iki yerdən sonra ən yaxşı göstəriciyə malik olan şahmatçı (Vaşye-Laqraf -Alekseyenko

Gördüynyz kimi, fransızlar bu məsələdə haqlı görünürlər. Alekseeynko yalnız "Grand Swiss 2019"-da Vaşye-Laqrafı üstələdiyi halda, digər parpametrlərdə fransız açıq aşkar üstün görünür. Məsələ ilə bağlı FİDE prezidenti Arkadiy Dvorkoviç da açıqlama verib: "Biz səkkizinci şahmatçını dəvət etmək hüququnu təşkilatçı ölkəyəb həvalə etmişik. FİDE bu məsələyə qarışa bilməz"
Fransızalar isə, RŞF və FİDE-dən İddiaçılar Turnirinə səkkizinci vəsiqə uğrunda Maksim Vaşye-Laqraf-Kirill Alekseyenko matçının keçirilməsini tələb edir. RŞF və FİDE bu tələbə susur və yəqinki elə səssiz də qalacaq.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss