SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

KARLSEN QIZIL DUBL ETDİ!

Rusiyanın paytaxtı Moskvada Rapid və Blitz üzrə Dünya Çempionatı ("King Salman World Cup") başa çatdı
Chess.az xəbər veri ki, əvvəlcə keçirilən Rapid yarışının sonunda şahmat həvəskarları norveçli Maqnus Karlsenin möhtəşəm qələbəsini izlədilər. Maqnus 11.5 xalla, 3-cü dəfə Rapid üzrə Dünya Çempionu adını qazandı. İkinci yerin sahibi Maqnusdan cəmi bir xal az toplayan 16 yaşlı eks-iranlı Əlirza Firuja oldu. Üçüncü yerin sahibi isə amerikalı şahmatçı Hikaru Nakamura oldu. Xatırladaq ki, DÇ-nın gümüş mükafatçısı Əlirza Firuja, dünya çempionatından bir neçə gün öncə bundan sonra İranın bayrağı altında çıxış etməyəcəyini açıqlamışdı və o DÇ-da FİDE bayrağı altında çıxış etdi. 
   Təmsilçilərimiz Şəhriyar Məmmədyarov 9.5 xalla 12-ci, Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli 9 xalla 28-49-cu yerləri bölüşüblər,gənc istedadımızı Aydın Süleymanlı 7 xalla 121-ci, Namiq Quliyev isə yarışı 137-ci pillədə bitiriblər. 
   Qadınların Rapid yarışında Dünya Çempionu adını hindistanlı Humpu Koneru qazandı ,ikinci yeri çinli Li Tinqyi, üçüncü pillənin sürpriz sahibəsi isə Türkiyəni təmsil edən Natalya Atalık oldu. Təmsilçilərimiz ,Ülviyyə Fətəliyeva 7.5 xalla 26-cı, Gülnar Məmmədova 7 xalla 31-ci, Günay Məmmədzadə 6.5 xalla 48-ci, Zeynəb Məmmədyarova 5.5 xalla 84-cü, Türkan Məmmədyarova isə 5 xalla 88-ci oldular.  
-------------------------
   Dünən başa çatan Blitz üzrə Dünya birinciliyi də çox maraqlı keçdi. Dünya Çempionunu tay-brek həll etdi. Maqnus Karlsen və Hikaru Nakamura bərabər sayda xal topladığından, çempionun adı tay-brek müəyyən oldu. Tay-brekdə isə Maqnus Karlsen Nakamuranı üstələyərək Rusiyada keçirilmiş DÇ-nın hər iki qızıl medalına sahib çıxdı. Üçncü yerin sahibi isə, böyük şahmatla vidalaşan və bu turnirə fəxri qonaq qismində qatılan rusiyalı Vladimir Kramnik oldu.     
      Təmsilçilərimizə gəlincə, DÇ-da ən yaxşı nəticəni Rauf Məmmədov göstərdi. O keçirdiyi 21 oyunda 13 xal toplayaraq dünya birinciliyini 23-cü pillədə bitirdi. Şəhriyar Məmmədyarov 12.5 xalla 31-ci, Eltac Səfərli 11 xalla 79-cu, Aydın Süleymanlı 9.5 xalla 144-cü ,Aydınla eyni xal toplayan Qədir Hüseynov 149-cu, Namiq Quliyev isə 8 xalla 189-cu oldular.   
  Qadınların yarışında isə qələbəni meydan sahibi Yekaterina Laqno bayram etdi. İkinci yeri ukraynalı Anna Muzıçyuk, üçüncü pilləni sahibəsi isə çinli Tan Jonqyi oldu. Təmsilçilərimizdən Gülnar Məmmədova 11-ci, Ülviyyə Fətəliyeva 27-ci, Türkan Məmmədyarova 38-ci, Zeynəb Məmmədyarova 54-cü, Dünya Çempionatını imkanlarından xeyli zəif keçirən, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə isə 65-ci oldu. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss