Nederlandın Veyk-an-Zee şəhərində keçirilən "TATA STEEL MASTERS" turnirinin dördüncü turunda tarixi hadisə yaşanıb.
Chess.az xəbər verir ki, dünən keçirilən dördüncü turun oyunları çərçivəsində dünya çempionu Maqnus Karlsen yerli şahmatçı Yorden Van Forrestlə heç-heçə edərək, məğlubiyyətsiz oyunlar seriyasın 111 oyuna çatdırıb. Bu nəticə hazırda dünya şahmat tarixində ən uzun məğlubiyyətsiz seriya oldu. İndiyədək bu rekord nederlandlı şahmatçı Sergey Tiviakova məxsus idi, 110 oyun.