SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

İRANDA NƏ BAŞ VERİR? DAHA BİR QALMAQAL (FOTO)

16 yaşlı vunderkind Əlirza Firujanın İran vətandaşlığından imtina etməsindən bir ay keçməmiş, İran Şahmat Federasiyası daha bir qalmaqallı qərarı ilə diqqət mərkəzinə düşdü.
Chess.az xəbər verir ki, bu dəfə qalmaqalın mərkəzində Şanxayda və Vladivostokda keçirilən qadınlar arasında Dünya Çempionu adı uğrunda final matçının baş hakimi olan 32 yaşlı iranlı Şöhrət Bayat oldu.  Xarici mətbuata açıqlamasında Şöhrət Bayat bildirib ki, turnirin başlandıqdan bir neçə gün sonra, o İranın rəsmi media orqanlarında haqqında xoşagəlməz xəbərlərə rast gəlib. Xəbərlərdə, Şöhrət Bayatın baş örtüyünü düz örtmədiyni və bu uzdən ölkəsində qınaq obyektinə çevrildiyini deyilir :“Turnirin gedişatında mediadan öyrəndim ki, İranda haqqımda çirkin xəbər yayılıb. Xəbərlərdə deyilirdi ki, güya mən hicaba etiraz edirəm və bu üzdən onu çox açıq şəkildə geyinirəm. Mən məsələ ilə bağlı İran Şahmat Federasiyasına müraciət etdim, evimə təhlükəsiz şəkildə qayıdacağımla bağlı qarantiya istədim. Cavabında isə onlar mənə vətənə qayıtmaq təhlükəli olduğunu və mənə məsələ ilə bağlı yazılı üzr istəməyimi və tam bağlı hicab geyinməyimi tövsiyə ediblər. Onların bu sözlərindən sonra, mən İrana bir daha qayıtmamaq və hicabdan birdəfəlik imtina etmək qərarına gəldim".
Xatırladaq ki, İran İslam Respublikasının qanunlarına görə, İran vətəndaşı olan qadınların ölkədə və ölkə xaricində mütləq şəkildə başı örtülü olmalıdır. İran Şahmat Federasiyasının rəsmi nümayəndəsi olan Bayat, Şanxayda keçirilən final matçının ilk günlərində də hicabda olub. 












Məlum olaydan sonra isə, matçının dördüncü turundan başlayaraq Şöhrət Bayat oyun zalında və mətbuat konfranslarında baş örtüksüz görsənməyə başlayıb. FİDE də öz növbəsində məsələdən xəbərdar olduğunu açıqlayıb. Şanxayda səfərdə olan FİDE-nin vitse-prezidenti Nayjl Şort məasələ ilə bağlı bunları dedi :"Məsələ bizi də narahat edir. İranlı hakimlə bağlı xəbərləri diqqətdə saxlayırıq. Şöhrət Bayat özünü təsdiqləmiş peşakar hakimdir. Yarış yanvarın 16-da Rusiyada davam edəcək ". 



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss