SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

İRAN ŞAHMATÇISI OYUNA ÇIXMAQDAN İMTİNA ETDİ! (QALMAQAL)

Cəbəllütariqdə keçirilən "Gibraltar Chess" Şahmat festivalının ikinci turunda qalmaqal yaşandı.

Chess.az xəbər verir ki ,həmyerlilərimiz Şəhriyar Məmmədyarov, Vasif Durabəyli və Günay Məmmədzadənin çıxış etdikləri turnirin ikinci turunda, son zamanlar şahmat aləmində baş verən bir çox qalmaqalların mərkəzində olduğu kimi yenə İran diqqət mərkəzinə düşdü. Ssenari də həmişəki kimi eynidir. İran təmsilçisi İsrail təmsilçisi ilə pariyaya çıxmaqdan imtina etməsidir. Bu dəfə  iranlı Puya İdani israilli Ori Kobo ilə oyuna çıxmaqdan imtina edib. Yarışın təşkilatçıları qısa məsləhətləşmədən sonra İran şahmatçısına məğlubiyyət verib. İndi isə İdaninin yarışdan kənarlaşdırılması gözlənilir.

Xatırladaq ki, bu ilk belə bir hal deyil. Bu yaxınlarda Hindistanda keçirilən 20 yaşadək şahmatçılar arasında Dünya Çempionatında  Aryan Golamini İsrail təmsilçisi Aleksandr Zlatina qarşı oyuna çıxmamışdır və təşkilatçılar onu DÇ-dan kənarlaşdırmışdır. Golami ilk dəfə deyil ki ,belə bir hərəkətə yol verirdi. Aryan Golami 2019-cu ilin yanvar ayında İsveçdə keçirilən "Rilton Cup"-da israil şahmatçısısı Ariel Erenberqlə oynamaqdan imtina etmişdi .Daha bir analojı hadisə ötən ilin aprel ayında Almaniyada keçirilən "Grenke Chess" turnirində baş vermişdir. O vaxt İranı təmsil edən Alirza Firuja, israilli Or Bronşteynlə oyuna çıxmaqdan imtina etmişdi .

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss