SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

ZEYNƏB MƏMMƏDYAROVANIN 36 GEDİŞİ (SEÇKİ PLATFORMASININ TAM MƏTNİ)

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən şahmat üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Zeynəb Həmid qızı Məmmədyarovanın 36 bənddən ibarət seçki platformasının sizlərə təqdim edirik.

Yeniləşən Parlamentə Doğru !
1.Parlamentin yüksək ictimai nüfuz qazanaraq yeniləşməsinin, hazırda ölkə rəhbərliyi tərəfindən aparılan islahatların aparıcı qüvvəsinə çevrilməsinə nail olmaq.
2.Dövlətçilik mənafeyindən çıxış edən və milli maraqlarımızı daha ardıcıl və daha qətiyyətlə qoruyan parlamentin formalaşmasına dəstək olmaq.
3.Seçiləcək yeni parlamentdə mütərəqqi və islahatçı fikir və ideyaların irəli sürülməsinə müntəzəm olaraq nail olmaq.
4.Qanunların qəbul edilməsi prosesində vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsini bir prioritet vəzifə kimi qarşıya qoyulmasına çalışmaq.
5.Ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesində ictimai rəyin nəzərə alınmasına müvəffəq olmaq.
6.İdarəetmənin təkmilləşdirilməsi istiqamətində: Vətəndaşların ərizə, şikayət və təkliflərinə vaxtında baxılmasına və qaldırılan məsələlərin həllində deputat fəaliyyətinin layiqincə göstərilməsinin təmin edilməsi.
7.İcra hakimiyyətinin,bələdiyyənin,
sahibkarların,qeyri-hökumət təşkilatlarının,ağsaqqal və ziyalıların iştirakı ilə Məsləhət Şurasının yaradılması və aktiv fəaliyyətinin təmin edilməsi.
8.Ərazilərin sosial-iqtisadi problemlərinin həllində yerli özünüidarəetmə orqanlarının rolunu artırmaq,bələdiyyələrin maliyyə təminatını və maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədi ilə müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə çalışmaq.
9.Ayrı-ayrı sahələrdə fəaliyyət göstərən kadrların,xüsusilə gənclərin peşəkarlıq səviyyəsinin artırılması,eyni zamanda mövcud kadr tələbatının ödənilməsi məqsədi ilə insan kapitalına olan sistemli yatırımların davam etdirilməsinə nail olmaq.
10.İqtisadiyyatın inkişafı istiqamətində: Dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı regiona ayrılan maliyyə vəsaitlərinin artırılması məsələlərinin qaldırılmasına nail olmaq.
11.Sahibkarlığın, o cümlədən yerli istehsalın inkişafı üçün əlverişli şərait yarada bilən qanunların hazırlanmasına nail olmaq.
12.Kəndin və kəndlinin problemlərinin qanunvericilik yolu ilə həll edilməsinə nail olmaq.
13.Aqrar sektora investisiyaların və güzəştli kreditlərin dövlət tərəfindən artırılmasına dəstək olmaq.
14.Kənd təsərrüfatının texnika ilə təchizatının yaxşılaşdırılması,aqroservislərin fəaliyyətinin artırılması məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsinə müvəffəq olmaq.
15.Mövcud vəziyyəti daha çox diqqət tələb edən kəndlərin inkişafı üzrə tədbirlərin müvafiq dövlət proqramlarına daxil edilməsi məqsədilə aidiyyəti orqanlar qarşısında məsələlərin qaldırılması.
16Qanunvericilik təşəbbüsündən istifadə edərək kənd təsərrüfatı məhsullarının kəndlidən əlverişli şərtlərlə satın alınmasını nəzərdə tutan müvafiq hüquqi normaların daha da təkmilləşdirilməsinə təşəbbüs göstərmək.
17Kənd təsərrüfatının inkişafına maneçilik törədə biləcək çətinliklərin aradan qaldırılması məsələsi ilə ciddi məşğul olmaq.
18.Kəndlərin suvarma suyuna olan ehtiyacını ödəmək məqsədi ilə məsələnin qaldırılmasına və həllinə nail olmaq.
19.İnfrastrukturun təkmilləşdirilməsi istiqamətində: Mərkəzi yolların çəkilməsi ilə yanaşı həm də köməkçi və yeni kənd yollarının salınması ilə bağlı məsələlərin qaldırılması.
20.Ehtiyac olan ərazilərdə su-kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı məsələnin hazırlanıb təklif edilməsi.
21.Ayrı-ayrı kəndlərdə içməli su probleminin həlli məqsədi ilə artezian quyularının qazılması,bəzilərinin bərpa edilməsinə və su kəmərlərinin çəkilməsinə müvafiq qaydada köməklik göstərilməsini təmin etmək.
22.Sosial məsələlər istiqamətində: Pensiya məbləğinin orta aylıq əmək haqqına yaxınlaşdırılması təklifini gündəmə çıxartmaq.
23.İnsanların real ehtiyaclarının ayrı-ayrı müavinətlərlə uyğunluq təşkil etməsini təmin edən məsələlərin gündəmə çıxarılmasına nail olmaq.
24.Xüsusi qayğıya ehtiyacı olan, habelə ahıl yaşlı insanların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində və onların asudə vaxtlarının xoş keçməsi üçün yerlərdə əlverişli şəraitin yaradılması təkliflərini yerli icra nümayəndələri qarşısında irəli sürmək.
25.İnternat və uşaq evlərinin məzunu olan gənclərin həyatlarının sonrakı mərhələsində məşğuliyyətlərini təmin etmək məsələlərini daim gündəmdə saxlamaq.
26.Gənclər siyasəti istiqamətində: İpoteka kreditləri üzrə şərtlərin gənc ailələr üçün yüngülləşdirilməsini nəzərdə tutan təkliflərin qaldırılmasını təmin etmək.
27.Gənc ailələr tərəfindən mənzil tikintisi üçün onlara müvafiq torpaq fondunun ayrılması məsələsini icra orqanları qarşısında qaldırılmasını təmin etmək.
28.Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və onların zərərli vərdişlərdən uzaq olması, idmançı gənclərimizin idmanla müntəzəm məşğul olmaları üçün ehtiyac olan ərazilərdə idman komplekslərinin və klubların yaradılması məsələsini icra orqanları qarşışında qaldırmaq.
29.Təhsil sistemi istiqamətində: Uzaq kəndlərdə dərs deyən müəllimlər üçün imtiyazların artırılmasının qanunvericilikdə təsbit olunmasını gündəmə gətirmək.
30.Xızı rayonunda ali və orta ixtisas məktəblərinin, eləcə də peşə məktəblərinin açılmasına, o cümlədən təmirə ehtiyacı olan məktəblərin yenidən qurulmasına dair müvafiq icra orqanları qarşısında lazımı məsələlərin həlli üçün çalışmaq.
31.Kompüter-internet şəbəkəsinin genişləndirilməsinə,informasiya-kommunikasiya texnologiyalarının yeni nailiyyətlərinin tətbiqinin yayılmasına dair təkliflərin hazırlanması və müvafiq qurumların köməkliyi ilə həyata keçirilməsinə nail olmaq.
32.Kitabxanaların günün tələblərinə uyğun fəaliyyət göstərilməsi üçün şəraitin yaradılması.
33.Səhiyyə sistemi istiqamətində: İcbari tibbi sığortanın əhalinin bütün təbəqəsini əhatə etməsi və hər bir vətəndaşın keyfiyyətli tibbi xidmət almasını təmin edən qanunvericilik aktlarını dəstəkləyərək inkişaf etdirilməsinə dair təkliflər irəli sürmək.
34.Regionda demoqrafik göstəricilərin ( doğum göstəriciləri,nigah,əhali artımı və s.) müsbət istiqamətdə inkişafını reallaşdıran məsələlərin daim gündəmdə saxlanılması və yeri gəldikcə parlamentin müzakirəsinə çıxarılmasına nail olmaq.
35.H.Zeynalabdin qəsəbəsində xəstəxana binasının və uşaq poliknikasının yenidən tikilməsi məsələsini yerli icra orqanları qarşısında gündəmə gətirmək və həlli üçün çalışmaq.
Qarabağımız...
36.İşğal altında olan Dağlıq Qarabağımız və yanaşı ətraf 7 rayonumuzun hələ də düşmən işğalı altında olması faktını bir beynəlxalq idmançı kimi olduğum dünya ölkələrində həqiqqətlərin əhatəli şəkildə dünya ictimaiyyətinə çatdırılmasında aktiv iştirak etmişəm və bundan sonra da edəcəyəm;
36.Torpaqlarımızın azad olunması üçün dövlət siyasətinin ardıcıl olaraq dəstəklənməsi və bu məsələnin müntəzəm olaraq parlamentin gündəliyinə çıxarılmasına daim təşəbbüs göstərəcəyəm.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss