Çində tuğyan edən ölümcül "Korona" virusu şahmata da öz təsirini göstərdi.
Chess.az xəbər verir ki, fevralın 11-də Çexiyanın paytaxtı Praha şəhərində start götürəcək "Prque İnternational Chess Festival" şahmat turnirində məcburi dəyişiklik edilib. Festivalın əsas turnirində iştirakı aylar öncə açıqlanan çinli Vey Yinin yerinə turnirdə FİDE bayrağı altında çıxış edən 16 yaşlı Əlirza Firuja çıxış edəcək. Çində hələ də davam edən ölümcül "Korona" virusuna görə festival iştirakçıları risk etməyərək çinli şahmatçını yarışa dəvət etməmək qərarına qəliblər.
Festivalın əsas turnirində iştirak edəcək şahmatçılar bunlardır:
Duda (Polşa)
Vityuqov (Rusiya)
Firuja (FİDE)
Vidit (Hindistan)
Navara (Çexiya)
Harikrişna (Hindistan)
Anton (İspaniya)
Şenkland (ABŞ)
Ragger(Macarıstan)
Qrandelius (İsveç)
8-02-2020, 16:06