SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

ARKADİY NAYDİÇ: "AZƏRBAYCAN BAŞQA SÖHBƏTDİR..." (MÜSAHİBƏ)

Şahmat üzrə yığma komandamızın üzvü Arkadiy Naydiç Ukrayna mətbuatına geniş müsahibə verib. Müsahibənin ən maraqlı hissələrini Sizlərə təqdim edirik.

Riqada doğulan, Almaniyada böyüyən, hazırda isə Azərbaycan yığmasında çıxış edən Naydiç, vaxtının böyük hissəsini Ukraynaın Vinitsa şəhərində keçirir. 

— Arkadiy, sizi Vinitsa şəhərinə bağlayan nədir?

İki ildir ki, bura ilə sıx əlaqədayam. Ukrayna gözəl və komfortlu ölkədir. Mən buraları çox bəyənirəm. Bura necə bağlandım? Mənim keçmiş həyat yoldaşım Yuliya Şvayqer Vinitsada doğulub sonra isə İsraildə böyüyüb. Müxtəlif turnirlərdə iştirak etmək üçün də Ukraynada tez-tez olurdum. 

— Siz Riqada anadan olmusunuz, Almaniyada böyümüsünüz, indi isə Azərbaycan yığmasında çıxış edirsiniz. Ümumiyyətlə siz harada yaşayırsınız? Sizi hansı ölkəyə daha çox aid etmək olar?


Mənə bu sualı tez-tez verirlər. Mən də hamıya deyirəm ki, yəqin ki təyyarələrdə yaşayıram. Ötən il 100-dən artıq reysim olub. Ona görə də dəqiq deyə bilmirəm harada yaşayıram. Son vaxtlar biraz yorulmuşam. Daha az uçmaq istəyirəm. Rəsmi olaraq Almaniyada yaşayıram. Daha çox vaxtımı Almaniya və Ukraynada keçirirəm.

— Valideynləriniz kim olub? Necə oldu ki, ailədəki bütün uşaqlar şahmatçı olublar?

Atam mühəndis olub, anam isə müəllim. Təsadüfən şahmatla tanış olduq. İki bacım var. Onlar da şahmatla ciddi məşğul olublar. Amma 15-16 yaşlarından sonra oynamadılar. Sonra isə bacılarım adi karyera ilə getdilər, universitet, iş. Mən isə professional şahmatçı oldum. 

— İndi sizi Vinitsa şəhəri ilə şahmatdan başqa nə bağlayır?

Uzun müddətdir ki, buradayam. Artıq yeni tanışlarım, dostlarım var. Vinitsanı çox bəyənirəm, yaşamaq üçün rahat və komfortlu şəhərdir. İndi burada uşaq turniri etməyə planlaşdırırıq. 20 ölkədən 1 000-dən çox uşaq gözləyirik. 

— Siz bir müddət Vinitsa vilayətinini şahmat federasiyasının rəhbəri olmusunuz. İndi isə bu postu başqa bir adama təhvil verdiniz. Necə qarşıladınızı bu dəyişikliyi?

Pozitiv. Mən yeni rəhbər Vitaliy Karmazinlə dostam. Şadam ki, bundan sonra rəhbər məhz o olacaq. Biznesmenlərin şahmata gəlişindən ancaq şahmat qazanacaq. Mən fedrasiyanın tərkibindəki komitədə fəaliyyətimi davam etdirəcəm və Vinitsanın şahmat həyatında yaxından iştirak edəcəm. 

— Latviya, Azərbaycan və Almaniya ilə nisbətdə Ukrayna şahmatında vəziyyət necədir?

Azərbaycan- başqa söhbətdir. Orada şahmat çox populyardır. Şahmata çox böyük dəstək var. Məncə şahmat orada bir nömrəli komanda idman növüdür. Çox populyar və prestijli idman növü hesab olunur. 

— Futboldan da üstün?

Məncə. Futbolda onların nəticələri elə də yaxşı deyil, onlar isə medallar istəyirlər. Şahmat yığması isə ölkə üçün çoxlu medal qazanır. Ona görə də şahmat orada çox prestijlidir. 

— Latviya, Almaniya və Azərbaycanda şahmaçıların maaşlarında fərq böyükdürmü? Hər hansı bir norma mövcuddur?

Təbii ki fərq var. Bəzi ölkələrdə maaş daha yüksək olur, bəzilərində isə daha az.

— Azərbaycandan danışsaq. Onlar bütün idman növlərində aktiv milliləşdirmə siyasıti ilə tanınırlar. Hətta futbol yığmalarında çoxlu braziliyalı və ukraynalı oynayıb. Bəs onlarda şahmatda vəziyyət nəecədir? Öz məktəbləri var yoxsa legionerlərə ümid edirlər.

Yığmada olan beş nəfərdən yalnız mən legionerəm. Qalan hamı yerli şahmatçılardır. Öz güclü məktəbləri var. Amma məsələn ABŞ-da vəziyyət fərqlidir. Bu qedişlə yaxın illərdə ölkənin TOP-10-da bir nəfər də olsun yerli şahmatçı olmayacaq. Karuana, So, Dominqes və sair. Görünür ki, ABŞ-da prisip tamam başqadır. Güclü oyunçu və nəticə lazımdırsa, o nəticəni alırlar.Məncə bu doğru yanaşma deyil. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss