SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

KİM DEYİR TEYMUR FAVORİT DEYİL? (STATİSTİKA.RƏQƏMLƏR)

"İddiaçılar turniri"-nin startına bir aydan az vaxt qalıb. Martın 17-də Rusiyanın Yekaterinburq şəhərində start götürəcək iki ilin əsas yarışında səkkiz şahmatçı mübarizə aparacaq. 

   Bu turnirin sonunda "məğlubedilməz" Maqnus Karlsenin "Şahmat tacı" uğrunda final matçındakı rəqibi müəyyənləşəcək. Bəlkə də bu turnirin qalibi gələcək Dünya Çempionu olacaq, bəlkə də yox. Amma istənilən halda "İddiaçılar turniri"-nin qalibi olmaq və final oynamaq hər bir şahmatçı üçün tarixi uğur sayılır. 

Bəs həmin xoşbəxt kim olacaq? 

  Chess.az saytı olaraq "İddiaçılar turniri"-nə qatılacaq şahmatçıların hazırki formasını öyrənmək üçün rəqəmlərə nəzər saldıq. Araşdırmanın sonunda bəlli oldu ki, turnirin əsas favoritləri heç də hamı dediyi kimi təkcə Fabiano Karuana və Dinq Liren deyil. Daha bir neçə şahmatçının final oynamaq üçün real şansı və gücü var. Qeyd edək ki, builki turnirdə Azərbaycanı 2019-cu ildə Dünya Kubokunun qalibi olmuş Teymyr Rəcəbov təmsil edəcək.  

   Beləliklə, uzun sürən seçmələrdən sonra finala getmək üçün yalnız səkkiz şahmatçının iddiası qalıb. Bunlar Fabiano Karuana (ABŞ), Dinq Liren (Çin), Aleksandr Qrişyuk (Rusiya), Yan Nepomnyaşiy (Rusiya), Teymur Rəcəbov (Azərbaycan), Aniş Giri (nederland), Vanq Xao (Çin) və Kirill Alekseenkodur (Rusiya). Məhz bu səkkiz şahmatçıdan biri Maqnusa Kerlsenin finaldakı rəqibi olacaq. Amma kim?

  Bu suala cavab tapmaq elə də asan deyil. Təbii ki, kağız üzərində turnirin əsas favoritləri Fabiano Karuana və Dinq Lirendir. Onlar hazırda dünya reytinq sıralamasında Maqnus Karlsenin ən yaxın izləyiciləridir və 2800+ reytinqə malik olan şahmatçılardır. Amma unutmayaq ki, şahmatda heç də hər zaman hər şeyi reytinq üzərində aparılan proqnozlar həll etmir. Xatırlayırsınızsa ötən ilin sonlarında Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun finalında hammı favorit kimi Dinq Lireni göstərsələr də, sonda həmyerlimiz Teymur Rəcəbov kuboku başı üzərində qaldırmağı bacarmışdır. Bu arada qeyd edək ki, Teymurun o gərgin final qarşılaşmasnda qazandığı tarixi qələbə çətin ki, Dinq Lirenin yadından çıxıb. Məhz bu amil şahmatçımıza güclü çinli üzərində əlavə psixolojı üstünlük qazandırır.

  Keçək əsas məsələyə, gəlin şahmatçıların İddiaçılar turniri öncəsi performanslarına və olduqları formalarına nəzər salaq.

2019-ci il ərzində şahmatçıların göstərdiyi nənticələr belədir: 

1.Fabiano Karuana(ABŞ. 27 yaş.2842)

64 oyun: +17 (26.5%) ,=44 (68.6%), -3 (4.68%)

2.Dinq Liren(Çin.27 yaş.2805)

99 oyun: +22 (22.2%),=71 (71.7%), -6 (6.1%)

3.Aleksandr Qrişyuk (Rusiya.36 yaş.2777)

  75 oyun: +23 (30.7%), =43 (57.3%) ,-9 (12%)

4.Yan Nepomnyaşiy (Rusiya.29 yaş.2774)

  74 oyun +21 (28.4%), =41 (55.4%) ,-12 (16.2%)

5.Teymur Rəcəbov (Azərbaycan.32 yaş.2765)

49 oyun: +7 (14.3%), =40 (81.6%), -2 (4.1%)

6.Aniş Giri (Nederland.25 yaş.2763)

75 oyun: +15 (20.1%), =52 (69.3%), -8 (10.6%)

7.Vanq Xao (Çin. 30 yaş.2762)

121 oyun: +49 (40.1%), =67(53.3%),-8 (6.6%)

8.Kirill Alekseyenko (Rusiya. 22 yaş.2698)

113 oyun: +48 (42.4%), =50(44.2%),-15(13.4%)

    Aldığımız bu rəqəmlər sayəsində artıq müəyyən fikirlər yürütmək olar. Reytinqə nəzər salsaq Karuana və Lirenin aşkar üstünlüy var. Kiril Alekseyenko isə turnirin aşkar autsayderidir. Amma reytinqə görə yox, başqa amillərə nəzər saldıqda daha da maraqlı faktlar ortaya çıxır. Görək kimlər bu mötəbər turnirə daha gümrah və daha yaxşı formada gəlir. 

2019-cu ildə ən çox oyun keçirən şahmatçılar.

1.Vanq Xao               121 oyun

2.Kirill Alekseyenko 113 oyun

3.Dinq Liren               99 oyun

4.Aleksandr Qrişyuk75 oyun

5.Aniş Giri                  75 oyun

6. Yan Nepomnyaşiy74 oyun

7.Fabiano Karuana     64 oyun

8.Teymur Rəcəbov49 oyun

   Bu göstəriciyə nəzər salsaq aydın görünür ki, Teymur Rəcəbov və Fabiano Karuana İdddiaçılar turnirinə digər şahmatçılar daha gümrah yollancaqlar. Fabi ötən il 64, Teymur isə cəmi 49 partiya oynayıblar.Hər iki şahmatçının İddiaçılar turnirinə hazırlaşmaq üçün kifayət qədər vaxtları olub. Bundan əlavə Karuana ötən turnirin qalibi kimi, Teymur isə son Dünya Kubokunun qalibi kimi digər şahmatçıların üzərində az da olsa psixolojı üstünlüyə malikdirlər.  

   İl ərzində ən çox oyun keçirlənlər isə Vanq Xao, Alekseyenko və Dinq Lirendir. Bu isə o anlama gəlir ki, onların daha çox oyun praktiaksı olsa da, hər halda turnirə daha yorğun və gərgin qatılacaqlar. İl ərzində müxtəif ölkələr, turnirlər, uçuşlar və bu kimi amillər sözsüz ki, şahmatçılarda böyük yorğunluq yaradır. Təsəvvür edin ki, Vanq Xao 2019-cu ildə 121 klassik kontrollu oyun keçirib!!! Bu o deməkdir ki, Xao orta hesabla üç gündən bir partiya oynayıb. 

2019-cu il ərzində ən az məğlub olan şahmatmçılar.   

1.Teymur Rəcəbov 4.1% (2 oyun)

2.Fabiano Karuana 4.7% (3oyun)

3.Dinq Liren 6.1%(6 oyun)

4. Vanq Xao 6.6%  (8oyun)

5. Aniş Giri 10.6% (8 oyun)

6.Aleksandr Qrişyuk 12%(9oyun)

7.Kirill Alekseyenko 13.4% (15 oyun)

8.Yan Nepomnyaşiy 16.2% (12 oyun)

   İl ərzində ən az məğlub olan şahmatçı Teymur Rəcəbovdur.Teymur 2019-cu ildə cəmi iki dəfə məğlub olub. Bu təkcə onun hamıdan az oyun keçirməsi ilə əlaqədar deyil, gördüyünüz kimi faiz göstəricisinə görə də Teymur ən az məğlub olan şahmatçıdır. Bu göstəriciyə görə Rəcəbov və Karuana digər şahmatçıları qabaqlayırlar. Hər ikisi il ərzində az oyun oynayıblar amma oynadıqları oyunlarda stabil çıxış ediblər. Adətən belə turnirlərdə heç-heçələr çox olur və ən az məğlub olan şahmatçılar daha şanslı olur. Heç-heçələrdən söz düşmüşkən, gəlin bu kateqoriya üzrə də statistikaya nəzər salaq. 

2019-cu il ərzində ən çox heç-heçə edən şahmatmçılar.   

1.Teymur Rəcəbov 81.6% (40 oyun)

2. Dinq Liren 71.7% (71 oyun)

3. Aniş Giri 69.3%  (52 oyun)

4. Fabiano Karuana 68.6%(44oyun)

5. Aleksandr Qrişyuk 57.3% (43 oyun)

6. Vanq Xao 53.3% (67 oyun)

7. Yan Nepomnyaşiy 55.4% (41 oyun)

8. Kirill Alekseyenko  44.2% (50 oyun)

     Yenə Teymur Rəcəbov! Bu göstəriciyə görə də Teymur liderdir! Teymur il ərzində keçirdiyi 49 oyundan 40-nı bərabərliklə başa vurub. Teymur ötən il hətta dünyada "heç-heçələr kralı" sayılan Aniş Girini də arxada qoymağa bacarıb. Teymurla bərabər il ərzində Dinq Liren, Aniş Giri və Fabiano Karuana nisbətən stabil oyun göstərənlər sırasındadır. 

İl ərzində ən çox qələbə qazanan şahmatçılar.

1.Kirill Alekseyenko 42.4% (48)

2.Vanq Xao 40.1%(49)

3.Aleksandr Qrişyuk 30.7%(23)

4.Yan Nepomnyaşiy 28.4% (21)

5.Fabiano Karuana26.5% (17)

6.Dinq Liren 22.2% (22)

7.Aniş Giri 20.1% (15)

8.Teymur Rəcəbov 14.3% (7)

   İl ərzində qazanılan qələbələrə görə Alekseyenko və Vanq Xao böyük üstünlüklə liderlik etsələr də, bu heç də onların super güc olmalarının anlamına gəlmir. İş orasındadır ki, hər iki şahmatçı il ərzində daha zəyif turnirlərdə çıxış ediblər və təbii ki, nisbətən zəyif rəqiblərə qarşı daha çox oyun keçiriblər. İlk baxışdan həmyerlimizi Teymur Rəcəbovun mövqeyi o qədər də ürəkaçan görünməsə də, bu heç də onun zəyifliyindən xəbər vermir. Teymur il ərzində yalnız top turnirlərdə iştirak edib və unutmayaq ki, o "İddiaçılar turniri"-nə qatılacaq şahmatçılar arasında ən az məğlub olan və ən çox heç-heçə edən şahmatçıdır.

    Statistik rəqəmlərə nəzər saldıqdan sonra aydın görünür ki, turnirdə əsas mübarizə Fabiano Karuana, Dinq Liren və Teymur Rəcəbov arasında gedəcək. Özü də bu Karuana və Rəcəbov daha şanslı kimi görünürlər. Bu üçlüyə Aniş Giri və Aleksandr Qrişyuk da qoşula bilərlər. Reytinq cədvəlində Rəcəbovdan da üstün olmasına baxmayaraq, elə də stabil oyun göstərməyən Yan Nepomnyaşiy, Vanq Xao və Kirill Alekseyenko isə böyük ehtimalla turnirin autsayderlər qrupunda yer alacaqlar. 

   Təbii ki, yuxarıda da qeyd etdiyimiz kimi heç də hər zaman hər şey kağız üzərində olduğu getmir. Amma ümid edək ki, bu rəqəmlər doğru çıxar və biz Dünya Kubokunun qalibi olmuş Teymur Rəcəbovu Dünya Çempionu adı uğrunda final matçında görə bilərik. Uğurlar Teymur! 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss