SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ş.MƏMMƏDYAROV :"FEDERASİYA VAXT İTİRMƏDƏN BU GƏNCİ MİLLİYƏ DƏVƏT ETSİN"

Dünən Moskvada başa çatmış "Aeroflot Open" turnirində 14 yaşlı Aydın Süleymanlının parlaq qələbəsi Rauf Məmmədov və Vüqar Əsədlinin turnirboyu möhtəşəm çıxışı Azərbaycanın ən güclü şahmatçısı olan Şəhriyar Məmmədyarovun da diqqətindən yayınmayıb. 
Şəhriyar Məmmədyarov sosial şəbəkələrdə şahmatçılarımızın Moskvadakı uğurlu çıxışını belə şərh edib :"Turnir bitdi. İlk öncə Raufu təbrik edirəm. Çoxdan gözlədiyim oyun göstərdi. Turniri inanılmaz yüksək səviyyədə keçirdi və heç bir oyunda pis vəziyyət almadı. Sössüz ki, oynadığı ən pis oyun son oyunu idi, bunun da səbəbi var, ürəkdən mübarizə apara bilmədi. İkincisi, Aydın haqqında danışmaq istərdim. İnanılmaz bir uğurdur, oyununda inanılmaz soyuqqanlıq var. Böyük şahmatçı olacağına şübhəm yoxdur, amma nə qədər böyük usta olacağını  zaman göstərəcək. Ən azından Azərbaycan şahmatının gələcəkdə ümid yeri olacağına doğru böyük addım atdı!  
Belə davam etsə tezliklə 2700 və İnşallah 2800 görəcəyik ondan. Bizim şahmat federasiyası isə qərək vaxt itirmədən bu gənci milliyə dəvət etsin. Çünki millimiz artıq yerində sayır və qərək gənclərimizə dəstək olsun.  Bu gənclər mənim, Teymurun, Vüqarın yerini yox, onlar bizdən də üstün olsunlar. Bu sözlər təkcə Aydına aid deyil, irəlidə gedən bütün gənclərə aiddir. Mən şəxsən yerimi onlara verməyə hazıram. Mən dünyada 2 nömrəli şahmatçı omağı bacardım, amma bu azdı. Mən 1 nömrə olacaq şahmatçımızı gözləyirəm. Var qüvvəmlə bizim gənclərin yanındayam! Sizə inanıram və qüvvənirəm! Təbrik edirəm Rauf və Aydını. Vüqarı da təbrik edirəm. Ard arda iki turnirdir ki, fantastik oyun göstərir.İnanılmaz turnir oldu vətənimiz üçün"
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss