SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

NAZİR AYDIN SÜLEYMANLINI QƏBUL EDİB

“Bizim əsas məqsədimiz Azərbaycanı dünyaya şahmat ölkəsi kimi tanıtmaq və dünya şahmat reytinqində ilk onluğa düşməkdir. Moskvada keçirilmiş “Aeroflot Open-2020” beynəlxalq şahmat turnirində sənin, 14 yaşlı şahmatçının  qalibiyyəti hər birimizin sevincinə səbəb olmaqla bərabər, eyni zamanda, bizə böyük qürur hissi yaşatdı. Biz bundan sonra da sənin inkişafın üçün daim dəstək göstərəcək, səni qoruyacağıq.” Bu sözləri Gənclər və İdman naziri Azad Rəhimov “Aeroflot Open-2020” beynəlxalq şahmat turnirin 14 yaşlı qalibi Aydın Süleymanlı ilə görüşündə dedi.
Nazir Aydının qələbəsindən sonra artıq 2 şirkətin ona sponsorluq etmək arzusunda olduğunu da diqqətə çatdırdı və bundan sonra şahmatçının məşqləri və gələcək inkişafı üçün nazirlik və federasiya tərəfindən hər bir dəstəyin göstəriləcəyini bildirdi.
Görüşdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, eyni zamanda,  Aydın Süleymanlının atası və şəxsi məqçisi də iştirak edirdilər.
Diqqət və qəbul üçün nazirə təşəkkür edən Aydın Süleymanlı qalibiyyəti, oyunun gedişi, rəqibləri və gələcək planları və məşqləri  haqqında danışdı.
Aydın Azərbaycan çempionatına da xüsusi hazırlaşdığını bildirib,  “Aeroflot Open-2020” beynəlxalq şahmat turnirindəki qələbəsini, bu yarışda da təkrarlayacağına çalışacağını söylədi.
Görüşün sonunda nazir Azad Rəhimov və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov tərəfindən Aydın Süleymanlıya hədiyyə təqdim olundu.

(Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi)скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss