SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

XATİRƏ TURNİRİ BAŞA ÇATDI

Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Respublika Şahmat Turniri başa çatdı

 “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi respublika şahmat turniri başa çatdı.
Yarış iştirakçıları tərəfindən öncə şəhidlər xiyabanı ziyarət edildi.Tədbirin açılış mərasimində çıxış edən natiqlər ermənilər tərəfindən Xocalıda etnik azərbaycanlılara qarşı törədilən soyqrım haqqında gənc şahmatçılara geniş məlumat verdi.
 Turnir  “A” və “B” qrupları üzrə İsveçrə sistemi ilə 9 turdan ibarət olmaqla keçirildi. “A” qrupunda 11-16 yaşlı şahmatçılar, “B” qrupunda isə 10 yaşadək şahmatçılar mübarizə apardı. Turnirdə ümumilikdə 36 rayon (şəhər)  uşaq-gənclər idman-şahmat məktəblərindən 300-ə yaxın  şahmatçı mübarizə apardı.140 şahmatçının iştirak etdiyi “B” qrupunda 8 yaşadək qızlar arasında 1-ci yeri Rüqəyya Əlizadə (Gəncə 2 nömrəli UGİŞM), 2-ci yeri Gülay Ağasızadə (Mingəçevir UGİŞM), 3-cü yeri Şəhanə Həsənova (Mingəçevir UGİŞM), 10 yaşadək qızlar arasında 1-ci yeri Lalə Nəsirova (Mingəçevir UGİŞM), 2-ci yeri Fatimə Ağazadə (Tərtər UGİŞM), 3-cü yeri isə Firəngiz Hüseynova (Qazax UGİŞM) tutdular. 8 yaşadək oğlanlar arasında 1-ci yeri Ömər Manaflı (İsmayıllı UGİŞM), 2-ci yeri İbrahim Səmədov (3 nömrəli RİOEUGİŞM), 3-cü yeri Emin Abbasov (Beyləqan UGİŞM), 10 yaşadək oğlanlar arasında isə 1-ci Şəmsəddin Mehdiyev (Balakən UGİŞM), 2-ci yeri Murad Abdullayev (Ağcabədi UGİŞM), 3-ci yeri isə Kənan Əliyev (Göyçay UGİŞM) tutdular. Qeyd edək ki, ümumi turnirin qalibi Balakən şahmatçısı Şəmsəddin Mehdiyev (9 oyundan 8 xalla) olmuşdur. Ağcabədi şahmatçısı Murad Abdullayev onunla eyni xalı toplasa da əlavə əmsala görə ikinci oldu. “B” qrupunda ümumi hesabda 3-cü yerin sahibi isə Göyçay təmsilçisi Kənan Əliyev (9 oyundan 7,5 xalla) oldu.
“A” qrupunda 158 şahmatçı mübarizə apardı. 12 yaşadək qızlar arasında 1-ci yeri Səadət Bəşirli (Gəncə 2 nömrəli UGİŞM), 2-ci yeri Zəhra Məmmədli (Göyçay), 3-cü yeri Gülşən Allahverdiyeva (İsmayıllı UGİŞM), 14 yaşadək qızlar arasında 1-ci yeri Aytac Məmmədova (Samux UGİŞM), 2-ci yeri Səmra Qasımova (Füzuli UGİŞM), 3-cü yeri Əminə Şirəliyeva (Şamaxı UGİŞM), 16 yaşadək qızlar arasında 1-ci yeri Fidan Tahirova (Xocavənd UGİŞM), 2-ci yeri Nərgiz Rəşidova (3 nömrəli RİOEUGİŞM), 3-cü yeri isə Pərvin Muxtarlı (Beyləqan UGİŞM) tutdu. 12 yaşadək oğlanlar arasında 1-ci yeri Nicat Mansurov (Mingəçevir UGİŞM), 2-ci yeri Vahid Bəşirli (Gəncə 2 nömrəli UGİŞM), 3-cü yeri isə İlknur Məmmədov (Qubadlı UGİŞM), 14 yaşadək oğlanlar arasında 1-ci yeri Natiq Əliyev (Gəncə 2 nömrəli UGİŞM), Niyazi Qafarov (Gəncə 2 nömrəli UGİŞM), Fəqan Məmmədov (Göyçay UGİŞM), 16 yaşadək oğlanlar arasında 1-ci yeri Elgün Mamedov (Gəncə 2 nömrəli UGİŞM), 2-ci yeri Kənan Məmmədzadə (“Təhsil” RİM Lənkəran UGİŞM), 3-cü yeri isə Kənan Səmədov (Şamaxı UGİŞM) tutdu. “A” qrupunda ümumi hesabda 1-ci yeri Gəncə təmsilçisi Elgün Mamedov (9 oyundan 8 xalla), 2-ci yeri Samux təmsilçisi Aytac Məmmədova (9 oyundan 7,5 xal) tutdu. 3-cü yerin sahibi isə Aytacla eyni xalı toplamış Xocavənd təmsilçisi Fidan Tahirova oldu.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə medal siralamasına əsasən I yeri Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, II yeri Mingəçevir şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yeri isə İsmayıllı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandaları tutdu.
Yarışın keçirilməsində əsas məqsəd Xocalı soyqırımının 28-ci ildönümünün qeyd edilməsi, şahmatçıların ustalıq səviyyələrinin, idman dərəcələrinin və beynəlxalq reytinqlərinin artırılmasından ibarət idi.
(Tehsilchess.az)скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss