SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

138-Cİ DUELİ KEMBRİC QAZANDI

Böyük Britaniyanın paytaxtı Londonda əbədi rəqiblər olan Oksford və Kembric universitetləri arasında növbəti şahmat turniri keçirildi. 
Chess.az xəbər verir ki, iki universitet arasında bir çox idman növündə olduğu kimi şahmatda da davam edən tarixi rəqabət 1873-cü ildən başlayıb. Tərəflər indiyə qədər 137 matç keçirmişdir və qarşılaşmaların 59-da Kembric, 56-da Oksford qalib gəlmişdirlər, 22 qarşılaşma isə bərabərliklə nəticələnmişdir. 

Qeyd edək ki, əzəli rəqabət tarixində indiyə qədər çıxış etmiş ən güclü şahmatçı hazırda Oksfordda təhsil alan planetin ən güclü qadın şahmatçısı Xu Yifan olub. 2019-cu ilin martında keçirilən son görüşdə Oksfordu ilk dəfə təmsil edən Yifan, Kembricdən olan rəqibi Metyu Vedvortla bərabərə qalsa da, həmin görüşdə Yifanın komandası 4.5:3.5 hesabı ilə qələbə qazanmışdır.
  Builki qarşılaşmada isə Xu Yufan iştirak etmədi. Yifanın yoxluğundan istifadə edən Kembircli şahmatçılar əzəli rəqibləri üzərində inamlı qələbə qazandılar 5.5:2.5. Qazanılan qələbə sayəsində Kembric seriyada 60-cı qələbəsini qazanaraq ən azından növbəti dörd il rəqiblərindən öndə olacaqlar.   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss