SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

ÖLKƏDƏ BÜTÜN İDMAN YARIŞLARI TƏXİRƏ SALINDI

Gənclər və İdman nazirliyinin məlumatı:

Hal-hazırda hər bir dövlətin əsas məqsədi  bütün dünyanı narahat edən  koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq  və əhalisinin sağlamlığını qorumaqdır.
Ölkəmizdə əhalinin böyük hissəsinin tez-tez istifadə etdikləri məkanlardan biri də idman obyektləri və qurğularıdır. Müxtəlif əhali qrupları, o cümlədən, idmançıların  sağlamlığının prioritet olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə  Gənclər və İdman Nazirliyinin tabeliyində olan  Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılır. Bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri,  karate idman növü üzrə böyüklər arasında Avropa çempionatı və Formula 1 Azərbaycan Qran - Prisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır.
Məlumat üçün bildiririk ki,  Respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb.
 Qeyd edək ki, bu həftənin əvvəlindən başlayaraq paytaxtda və bölgələrdə göstərən bir çox dövlət və özəl  şahamat məktəbləri artıq öz fəaliyyətlərini müvəqqəti olaraq dayandırılması haqda qərarlar qəbul etmişdirlər. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss