SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

A.QRİŞYUK: "MƏN BURADA NƏ OLMAQ NƏ DƏ Kİ, OYNAMAQ İSTƏMİRƏM"

"İddiaçılar Turnirində" bu gün başa çatan beşinci turdan sonra, turnirin rusiyalı iştirakçısı Aleksandr Qrişyuk emisional çıxış edərək turnirdə çıxış etmək istəmədiyini dilə gətirdi.

Chess.az xəbər verir ki, turnirin rəsmi Youtube kanalına açıqlama verən Qrişyuk, belə şərtlər altında oynamaq mümkünsüz olduğunu dilə gətirdi :"Çox pis formadayam. Ümumiyyətlə belə şərtlər altında oynamaq istəmirəm.Turnir başlayanda bu haqda dəqiq bir fikirim yox idi, tərəddüd edirdim. Amma indi tam əminliklə söyləyə bilərəm ki, turnir dayandırılmalıdır! Buradakı atmosfer çox sıxıcıdır, hamı maska taxır. Nə bilim... Men burada nə olmaq nə də ki, oynamaq istəmirəm. Dünyada olan bütün yarışları nəyə görə dayandırıblar? Oynayan ancaq biz qalmışıq. Dünyada davam edən yeganə idman yarışı biz turnirdir. Bu turnir dayandırmalıdır və başqa vaxta keçirilməlidir"
Qeyd edək ki, Qruişyuk bu turnirdə oynamaq istəməyn üçüncü şahmatçı oldu. Teymur Rəcəbovun FİDE-yə ünvanladığı müraciətdən sonra, Ali şahmat qurumu onu fransız Maksim-Vaşye-Laqrafla əvəz etmişdir. Ardınca çinli Vanq Xao indiki vəziyyətdə oynamq istəmədiyini dilə gətirmişdi, lakin Çin Şahmat Federasiyası ona təzyiq göstərərək onu yarışa yollanmağa məcbur etmişdir.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss