SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ş.MƏMMƏDYAROV :"ALMANİYAYA GETMƏK İSTƏYƏN RUSİYAYA NİYƏ GETMƏSİN Kİ?"

Azərbaycanın ən gücül şahmatçısı sayılan Şəhriyar Məmmədyarov, Teymur Rəcəbovun "İddiaçılar Turnirindən" imtina etməsi və ümimiyyətlə davam edən turnir barədə öz münasibətini bildirdi.

Chess.az xəbər verir ki, Feysbukda paylaşım edən Məmmədyarov, Rəcəbovdan fərqli olaraq turnirə yollanacağını bildirərək daha bir neçə maraqlı məqama toxundu: "Salam dostlar. Martın 14-də mən Almaniya Bundesliqasında oynamalı idim. Aeroportda idim, mənə klubumdan zəng gəldi ki, oyunlar təxirə salınıb və mən aeroportdan döndüm evimə. Almanlara verdiyim sözə və imzaladığım müqaviləyə görə ora üçmalı idim. Oyunlar təxirə salınanda həm üzüldüm, həm sevindim. Sevindim ona görə ki, heç kəs istəməz indiki vəziyyətdə iki günlük Avropaya getsin və sonra da ən azından iki həftə karantində qalsın. Üzüldüm ona görə ki, 20 gündür bu iki oyuna hazırlaşırdım. Oxşar vəziyyət bu günlərdə Teymurla bağlıdır. İddiaçılar turniri hər bir şahmatçının arzuladığı turnirdir. Ən azından mənim üçün belədir. Son turnirdə 2-ci yerə çıxdım və qarşıma məqsəd qoydum ki İddiaçılar turnirində birinci olum. Təəsüf ki, bu il orada oynamaq şansım olmadı. Olsaydı əlbəttə gedərdim. Martın 14-də Almaniyaya getmək istəyən Rusiyaya niyə getməsin ki? Yani 100 faiz gedərdim. Timanın imtinası səbəbindən turnir dayandırılsa çox düzgün qərar olacaq, yox əgər turnir davam edərsə və sona qədər oynanılsa, itirən bizim şahmat olacaq. Mən isə buna çox üzülərəm. Amma ən çox ona üzülərəm ki, əgər bu qədər gözəl təşkil olunmuş və bu qədər maraqlı oyunlar olan turnir dayandırılsa. Çünki bütün dünya hazırda o turniri izləyir. Orada oynayan səkkiz dosta can sağlığı arzu edirəm və qoy güclü qalib gəlsin. İnanıram ki, mənim və bizim şahmatçıların yenidən bu turnirdə oynamaq şansımız olacaq."скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss