SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

ZEYNƏB MƏMMƏDYAROVA:"SƏSİMİZİ UCALDAQ Kİ,DUYULSUN"

Azərbaycanın ən gücül qadın şahmatçısı Günay Məmmədzadənin məlum müsahibəsindən sonra, millimizin daha bir üzvü,  Zeynəb Məmmədyarovadan Günay dəstək mesajı gəldi.
Chess.az xəbər verir ki, Günayın açıqlamalarından sonra paylaşım edən Zeynəb, ciddi uğur əldə etmək üçün mütləq şəkildə federasiyanın dəstəyini vacib hesab etdiyin qeyd etdi. Zeynəb Məmmədyarova bu il Dünya Kubokunda çıxış edəcək şahmatçılarımız Türkan Məmmədyarova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyevanın timsalında maddi dəstəyə ehtiyacı olan təmsilçilərimiz barədə danışıb.


Zeynəb Məmmədyarovanın paylaşımını olduğu kimi sizə təqdim edirik:


"DÜNYA MİQYASLI NƏTİCƏ ÜÇÜN ÖLKƏ MİQYASLI YANAŞMA VACİBDİR!


İlk öncə, mütləq qeyd etməliyəm ki, Azərbaycan dünyada yeganə ölkədir ki, dövlət rəhbəri tərəfindən dövlət proqramı sərəncamı imzalanıb. Bu da ölkəmizdə şahmatın nə qədər sevilən və hötmət görən bir idman olduğuna sübutdur.
İndi isə problemlərdən bir az yazaq...
Həqiqətən də , dünya kubokunda çıxış edəcək xanım şahmatçılarımız üçün maddi köməkliyə çox ehtiyac vardır ki, bu baxımdan əfsuslar olsun ki , heç bir köməklik göstərilmədi onlara.
Bu şahmatçılardan biri bacım Türkan Məmmədyarovadır.Digər şahmatçılarımız Günay Məmmədzadə və Ülviyyə Fətəliyevadır.
Son illərdə Azərbaycanda qadın şahmatının inkişafı göz önündədir. Avropa BÜRÜNC medalçısı və AvroKlublar çempionatında GÜMÜŞ medal.
Qadın şahmatçılarımızın reytinqləri və şahmat səviyyələri artmaqdadır ki , bu da Azərbaycan qadınının intelekt gücünü dünya şahmat reytinq siyahısında özünü göstərməkdədir.Bu işdə şahmat federasiyamızın vitse prezidenti Mahir Məmmədovun böyük əməyi keçib. Qadın şahmatçılarımızın beynəlxalq Open yarışlarda iştiraklarını təmin edir.Bu səbəbdən Mahir müəllimin əziyyətin kimsə dana bilməz və danmırda. Başda Günay Məmmədzadə olmaqla, bundan əminəm.
Lakin dünya kuboku fərqli elitar bir yarışdır və 2 ildən bir keçirilir. Bu yarışa qatılacaq dünya üzrə 64 qadın şahmatçıdan 3-ü Azərbaycanlı qızıdır !
Düşünürəm ki, Azərbaycanımızın dünya siyasi arenasında möhkəmlənməyə çalışdığı belə bir dövrdə, dünyanın ən siyasi oyunu olan şahmat çox gözəl bir vasitə olardı . Xüsusən də QADIN ŞAHMATI..
Bir neçə il öncə "Heydər Əliyev" fondunun prezindenti hörmətli Mehriban xanım Əliyevaya mən və Azərbaycanın digər xanım şahmaçıları məktub yazıb kömək istəmişdik. Məktubumuzla əlaqədar İdman Nazirliyimiz bizi dəvət etdi və problemimizlə maraqlandı və HƏMƏN İL mən və bacımın beynəlxalq yarışlarda iştirakı təmin edildi.
Ancaq təəssüf ki, şahmatçıların KOMMERSİYA tipli yarışlarda iştirakını təmin etmək İdman Gənclər Nazirliyinin öhdəliyində deyilmiş.Yalnız rəsmi yarışlarda iştirakımızı təmin etməlidirlər. Şahmatda isə bütün yarışlar KOMMERSSİYA tiplidir. Mükafat zənnimcə bütün idman növlərinin yarışlarında olur.Eləcə də şahmatda.Belə çıxır ki,şahmatçılar heç bir beynəlxalq yarışa qatılmalı deyillər? Axı bu yarışlara getmək böyük xərcdir.Bəs təcrübələr hardan qazanılacaq?
Bu məsələ ilə əlaqədar mən şəxsən Cənab Nazirimizə son görüşümüzdə müraciət etmişəm və bu məsələnin müsbət həlli ilə məşğul olacağına söz verib.
Bundan əlavə xanım şahmatçılarımızın DÜNYA KUBOKUNA hazırlıqları üçün çox vacib olan məşqçilərdə lazımdır.Bəs bu məşqçilərə ödənişlər? Axı buna şahmatçılarımızın gücü çatmaz!
Stipendiya məsələsi isə başqa bir problemdir.Bakıda Dünya Şahmat Olimpiyadası keçiriləndə stipendiyalar xanım şahmatçılarda 2000 azn,kişi milli komandamızda isə çox daha yüksək idi.
Olimpiada bitdi və stipendiyalar xanım şahmatçılarda 700 azn-ə endi. Bundan sonra 2 dəfə devalivasiyanı da nəzərə alarsaq Professional və Milli komanda idmançısı üçün bu minimum bir rəqəmdir.Çünki,heç bir professional oyunçu 700 manatla oturub şahmata həyatını, zamanını həsr edə bilməz.
Adi şahmat məşqçisi belə özəl dərs verməkla bundan 3 qat çox qazana bilir çünki!
Qrossmeyster bir şahmatçı 700 manatla necə ehtiyacların qarşılaya və bayrağını beynəlxalq arenada ucalda bilər?
Fikrimcə öz işində QROSSMEYSTER olan hər bir PEŞƏ sahibi daha yüksək məvacib almalıdır ...
Hörmətli və dəyərli komanda yoldaşım Günay Məmmədzadə sonunda səsini xalqa və lazımı ünvanlara çatdırdı.
Səsimizi ucaldaq ki,DUYULSUN "
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss