SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

MAHİR MƏMMƏDOV:"ƏGƏR O ÖZÜ İSTƏSƏ.."

FİDE-nin və AŞF-nın vitse prezidenti Mahir Məmmədov "İddiaçılar turnirinin" dayandırılmasının Report.az saytına şərh edib.
Ali şahmat qurumunun vitse prezidenti açıqlamasında qeyd etdi ki, əslində o bu qərarı gözləyirdi :"Hadisələr hansısa Hollivud filmi üçün yazılmış ssenari kimi cəryan edirdi. Təbii ki,Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dünənki çıxışından sonra FİDE turnirin ikinci hissəsini təxirə salmaq qərarına gəldi"
Teymur Rəcəbovun məsələsinə də toxunan Məmmədov qeyd etdi ki, Rəcəbovun FİDE qarşısında məsələ qaldırmaq hüququ var :"Bu işə hüquqşünasları, Azərbaycan Şahmat Federasiyasını cəlb etmək olar, məsələni özü də həll edə bilər. Qeyd edim ki, Turnirdə Federasiya yox Teymur Rəcəbov iştirak etməli idi. Ona görə də məsələ onun iştirakı ilə qaldırılmalıdır. Əgər Rəcəbov bu işdə olmasa hər hansı mübarizə və ya araşdırma haqqında danışmaq yersizdir.Biz o vaxt deyirdik ki, Teymur biraz tələsdi, sonrakı hadisələr də onu göstərdi. İndi isə onun qarşısında perspektiv açıldı, amma bir daha xatırladım əgər o özü istəsə" 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss