SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

ORXAN ABDULOV APARICI OLDU!

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Beynəlxalq usta Orxan Abdulov "Cavan" Gənclər Hərəkatının hazırladığı yeni şahmat layihəsinin təlimçisi oldu.

Chess.az xəbər verir ki, gənclərimizi narahat edən məsələlərin həllində dövlətimizin gördüyü işlərə dəstək olmaq üçün yaradılan “Cavan” Gənclər Hərəkatı - İctimai Birliyinin  #EvdəQal, Öyrən, Özünü Kəşf Et devizi altında hazırladığı "Şahmatda Gediş" video-layihəsinə start verildi. Layihədə təlimçi-aparıcı qismində Respublikamızın əməkdar məşqçisi, Beynəlxalq usta Orxan Abdulov iştirak edəcək. İlk təlimdə şahmatla yeni tanış olanlar ümumi məlumat, fiqurlar və onların gedişlərini öyrənəcək, növbəti təlimlərdə isə müxtəlif partiyaların, eyni zamanda məşhur oyunların analizlərini izləyəcəksiniz. 


Şahmatda Gediş - 1

Əziz Cavanlar, "#EvdəQal, Öyrən, Özünü Kəşf Et" devizi ilə sizin üçün hazırladığımız "Şahmatda Gediş" layihəsinin ilk video-təlimini sizinlə bölüşürük. 🤗 Təlimçimiz Beynəlxalq usta, Əməkdar məşqçi, eyni zamanda FİDE məşqçisi, tanınmış şahmatçı Orxan Abdulovdur. İlk təlimdə siz şahmat haqqında ümumi məlumat, fiqurlar və onların gedişlərini öyrənəcək, növbəti təlimlərdə müxtəlif partiyaların, eyni zamanda məşhur oyunların analizlərini izləyəcəksiniz. 🙋‍♀️🙋‍♂️ Evinizdə Şahmat yoxdursa, online platformalar (məs. chess.com) vasitəsilə öyrəndiklərinizi təkrarlaya biləcəksiniz. Səhifəni izləyərək yaxın günlərdə layihənin digər video-təlimlərindən də yararlana biləcəksiniz. 🤗. 🔜 #EvdəQal #BizBirlikdəGüclüyük #Cavan

Gepostet von Cavan.az am Donnerstag, 26. März 2020


#EVDƏ QAL "ŞAHMAT ÖYRƏN 
 скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss