SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

A.DVORKOVİÇ "QƏBUL ETDİYİMİZ QƏRAR DÜZGÜN QƏRAR...." (MÜSAHİBƏ)

FİDE prezidenti Arkadiy Dvorkoviç Rusiyanın TASS agentliyinə müsahibə verib.

-FİDE məlum qərarı iştirakçılarla müzakirə etdi, onlar nə düşünürlər?
Turnir zamanı hər gün oyunçularla əlaqə saxlayıb onların vəziyətləri ilə maraqlanırdıq. FİDE hesab edir ki, bu şərtlər altında turnirə davam etmək olmazdı.

-Rusiyanın xarici ölkələrə uçuşların dayandırılması şahmatçıların evə getmələrinə problem yaratmayacaq ki?
Belə vəziyyət qəfildən yarandı. Hər kəsə lazımi dəstək vermək və onları evlərinə təhlükəsiz çatdırmaq üçün əlimizdən gələni edirik. Artıq bütün oyunçular və turnirdə iştirak edən digər şəxslər üçün biletlər alınıb və biz onlar üçün lazımi logistikanı təşkil edirik. FİDE bütün xərcləri də öz üzərinə götürüb.

- Fikrinizcə, turnir bu il davam edəcək yoxsa daha  və ev sahibi şəhər yenə Yekaterinburq olacaq?

Bu məsələləri tezliklə həll etmək fikirindəyik. Baş sponsorumuz SİMA-Land şirkəti ilə əməkdaşlığımız bu il başa çatır. Dəqiq tarixlər və məkan barədə məlumatı biz dünyada davam edən qlobal vəziyyətin biraz sakitləşdikdən sonra açıqlayacağıq.

-Koronavirusun artıq dünyada yayıldığı zaman nədən turniri başlamağa qərar verdiniz?
Bu turnir oyunçular və şahmat dünyası üçün çox vacib bir hadisədir. Rusiyada vəziyyət  fərqli idi. Vəziyyətin müxtəlif traektoriyalarına, o cümlədən potensial ləğvlərə baxdıq. Eyni zamanda, tibbi təhlükəsizlik tədbirləri baxımından, Namizədlər Turniri yaxşı təşkil olunmuşdur. Bütün oyunçular, hakimlər və digər personal gündə iki dəfə tibbi müayinədən keçirdilər və onlara COVID-19 aşkarlanması üçün testlər edilirdi. Heç bir problem olmamışdı. Həmçinin, məkana tamaşaçıların girişinə qadağa qoyulmuşdu və oyunçularla media arasında əlaqə minimum səviyyəyə endirilmişdi.

Ancaq bu səhər elan edilən uçuş qadağasından sonra turniri təcili dayandırmağa qərarına gəldik. Təəssüf ki, pandemiya ilə bağlı xəbərlər bizi üzür. Vəziyyət günü gündən pisləşir. Buna görə də hesab edirik ki, Turnirin dayandırılması barədə qəbul etdiyimiz qərar düzgün qərar oldu.

-Dünya çempionu adı uğrunda matçla bağlı vacib bir sual. Matç da təxirə salınır?
Şahmat tacı uğrunda final matçı ilin sonunda keçiriləcək. Tarixləri dəyişmək məsələsi gündəmdə yoxdur.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss