SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

SERGEY KARYAKİN :"ÜMİD EDİRƏM Kİ, FİDE RƏCƏBOVDAN HEÇ OLMASA ÜZR İSTƏYƏCƏK"

Rusiyalı qrossmeyster Sergey Karyakin şəxsi tvitter hesabında "İddiaçılar Turnirinin" dayandırlamasını şərh edib.

Chess.az xəbər verir ki, Karyakin açıqlamasında Teymur Rəcəbovun durumuna da toxunub.
Sergey Karyakin :"FİDE istədiyi qədər haqlı olduğunu bəyan edə bilər. Amma Rusiya İdman Nazirliyini turnirdan əvvəl qəbul etdiyi qərardan sonra, onlar turniri başlamamalı idilər. İndi fakt olaraq yarışdan haqsız yerə kənarlaşdırılan Rəcəbov var. Və ümumiyyətlə turnirin bundan sonrakı axarı xaotik xarakter aldı. Şahmat həvəskarların iki ildir ki, gözlədiyi bu böyük yarış tamamilə mübahisəli bir turnirə çevrildi. Ümid edirəm ki, FİDE Rəcəbovdan heç olmasa üzr istəyəcək və onunla kompromis tapmağa çalışacaq. O həyatında ən vacib turnirinə hazırlaşmaq üçün çoxlu vaxt və maliyyə vəsaitini sərf edib"
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss