SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

ULDUZLAR BİR ARADA. BİZİMKİLƏR DƏ YARIŞACAQ!

Otən həftə Fransada  C'Chartres Echecs Şahmat Klubu və Europe Échecs şahmat platformasının birgə təşkilatçılığı ilə baş tutan onlayn blitz turnir böyük marağa səbəb olmuşdur.

Chess.az xəbər verir ki, karantin günlərində vaxtlarını evdə keçirən şahmatçıların bu tip onlayn yarışlara böyük marağ göstərdiklərini nəzərə alan təşkilatçılar bu həftə də belə bir turnir təşkil etmək fikrinə gəliblər. Turnir sabah Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Turnirdə bir çox ulduz şahmatçının iştirakı da nəzərdə tutulub. Bunların arasında hazırda Fransada yaşayan eks-iranlı Əlirza Fiuja, ukraynalı Vasiliy İvançyuk, misirli Amin Bassem, fransalı Maksim Laqrad və s. Sevindirici haldır ki, bu mötəbər yarışda ölkəmiz də təmsil olunacaq. Qrossmeysterlərimiz Rauf Məmmədov, Qədir Hüseynov, Namiq Quliyev və Vüqar Əsədli iştirak edəcək şahmatçılar sırasındadır. Qeyd edək ki, turnirin mükafat fondu 1 200 avro təşkil edəcək.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss